31 Oktyabr 2026, Şənbə
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da
“İki xal itirməsəydik, yaxşı olardı”

Ölkə futbolu

"Beşiktaş", HİK və "Partizan" Bakıya nə vaxt gəlir?

Avropa kuboklarının üçüncü təsnifat mərhələsində Azərbaycan klublarının rəqiblərinin Bakıya səfər vaxtı müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan HİK (Finlandiya) Bakıya sabah gələcək. 
 
UEFA Konfrans Liqasında "Neftçi"nin rəqibi olan "Beşiktaş" (Türkiyə) və "Sabah"ın rəqibi "Partizan" (Serbiya) da Azərbaycan paytaxtına sabah yollanacaq.  
 
Azarkeşlərin ən çox maraqla gözlədikləri "Beşiktaş" Bakıda "Fairmont" otelində qalacaq. HİK "Boulevard" oteli, "Partizan" isə "Hilton"u seçib. .
 
Hər üç komanda avqustun 9-da axşam oyunun keçiriləcəyi arenalarda məşqə çıxacaqlar.
 
Xatırladaq ki, Azərbaycanın üç klubunun iştirakı ilə ilk oyunlar avqustun 10-da keçiriləcək. "Qarabağ" - HİK və "Sabah" - "Partizan" görüşləri saat 20:00-da, "Neftçi" - "Beşiktaş" oyunu isə saat 21:00-da başlanacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31