20 Yanvar 2026, Çərşənbə axşamı
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu

Ölkə futbolu

“Yalnız “Qarabağ”ın qrupa düşmək şansı yüksəkdir”

“Yalnız “Qarabağ”ın  qrupa düşmək şansı yüksəkdir”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri futbol mütəxəssisi Aslan Kərimov deyib.

Veteran futbolçu qeyd edib ki, Ağdam klubunun hədəfi Konfrans Liqasının deyil, Avropa Liqasının qrup mərhələsidir:

“Hesab edirəm ki, “Qarabağ” ən azı Konfrans Liqasının qrup mərhələsinə düşəcək. Amma onların hədəfləri Avropa Liqasının qruplarında çıxış etməkdir. Bəxt amili də imkan versə, HİK-i keçəcəyi halda "Qarabağ" Avropa Liqasının qrupunda da oynaya bilər. Digər 2 klubumuz haqqında nə qədər xoş sözlər demək istəsəm də, reallıqdan danışası olsaq, hər ikisinin işi çox çətindir. Hətta reytinqdə də baxsaq, "Qarabağ"a ilk turda Cəbəllütariq təmsilçisi düşürsə, bu klublarımıza "Partizan", "Beşiktaş" kimi təmsilçilər düşür. Reytinq nə qədər aşağıdırsa, ilk turlarda daha güclü rəqiblərə qarşı oynayırsan. Bu da mərhələ keçmək şansını azaldır. Reytinq topladıqdan sonra qrupa düşə bilərlər. Amma bu hadisənin bu il baş verəcəyinə inanmıram. Düşünürəm ki, hazırkı rəqibləri onlardan daha güclüdür. Futbol tanrısı biz tərəfdə olsa, bəlkə də qruplara düşmək şansı ola bilər”.

Azad NURİYEV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31