Ölkə futbolu
Qurban Qurbanov: “Qarabağ"ın pulları sayılırsa..."
"Əfsuslar olsun ki, 2 oyunun nəticəsinə görə uduzduq. Amma çox maraqlı oyun oldu. Demək olar ki, meydanda hər şey var idi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Rakuv”la oyundan (1:1) sonra deyib.
Təcrübəli mütəxəssis hər iki komandanın bir-birini yaxşı analiz etdiyini vurğulayıb: “Xüsusən də ilk hissədə bir-birimizə oynamaq imkanı vermədik. Lakin ikinci yarıda üstün tərəf biz olduq. Futbolçular çox əziyyət çəkdilər. Əfsuslar olsun ki, sonda çox məyus oldular. Xeyli sayda qol epizodlarımız oldu”.
Qurbanov bu gün komandanı tək qoymayan azarkeşlərə minnətdarlığını edib: “Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Futbolçularımla birləşmişdilər. Bu, məni sevindirdi. Sonda hamılıqla rəqibin cərimə meydançasındaydıq. Rəqibin əks-hücumları olurdu, uduza da bilərik. Böyük riskə getdik. Alına da bilərdi, amma alınmadı. Hamımız məyusuq. Bu oyunu tez bir zamanda geridə qoyub, qarşıdakı matçlara hazırlaşmalıyıq".
“Qarabağ”ın çalışdırıcısı əvəzetmələrinin başadüşülən olmaması haqda sualı belə cavablandırıb: “Başa düşmədinizsə, sizi başa sala bilməyəcəm. Başa salası olsam, çox danışası olaram”.
Qurban Qurbanov UEFA Avropa Liqasının üçüncü mərhələsində Finlandiya təmsilçisi HİK-lə qarşılaşmalarına belə münasibət bildirib: “Sabahdan rəqib haqda tam yaxından tanış olmağa başlayacam. Ondan sonra tam fikirlərimi bildirəcəm”.
“Qarabağ” rəhbərliyinin komandaya maliyyə ayırmaması, yüksək ödənişli futbolçular alınmaması barədə suala təcrübəli mütəxəssis belə reaksiya bildirib: “Çox istəyərdim ki, başqa iradları olanlar da varsa, mənə suallarınızı verərdiniz, cəm şəkildə cavablandırardım”.
Qurban Qurbanov "Qarabağ"ın sponsoru olan şirkətin gəlir güdməsi barədə iddiaya cavabında qeyd edib ki, klub rəhbərliyi Azərbaycan futbolu adına çox iş görüb: “Hər bir azərbaycanlı mənim üçün dəyərlidir, siz də həmçinin. Biz bu klubda məsuliyyətli işləyirik ki, çoxlarının xəbəri yoxdur. Mən buna əminəm. Çünki bu rəhbərlik Azərbaycan futbolu üçün çox şey edib. Bunu tam əminliklə deyirəm. Heç vaxt bu klubun etdiklərini açıqlamamışam. Bu klubun pulları sayılırsa... Heç yerə getmir pullar. Azərbaycan futboluna və kluba xərclənir. Mən də, futbolçularım da "Qarabağ"ın adının nə olduğunu bilirik. Hər birimiz kasıb uşaqlarla, kasıb futbolçularla, ürəkli futbolçularla, bacarıqlı oyunçularla çox işlər görməyə çalışırıq. Bunu da etməyə çalışırıq. Azərbaycan futbolunun durumunu "Qarabağ"ın büdcəsi ilə ölçülürüksə, cavab verə bilməyəcəm. Xərclənən pulların hara getdiyini hamı bilir. Futbolumuza baxıb, böyük işlər görməyə çalışırıq. Pis də alınmır. Bu gün uduzmuşuqsa, gördüyümüz işlər sıfıra bərabər sayılırsa, əfsuslar olsun ki, cavab verə bilməyəcəm. Rəhbərliyimiz futbolumuz üçün çox şey edilib. Qonaqların qarşısında, Polşa mətbuatı, polşalılar, digərləri hamısı "Qarabağ"dan danışırsa, iradlarımızı hansısa oyuna yox, başqa yerlərə yönəldiriksə, əfsuslar olsun... İnanın ki, burada nə məsuliyyətisiz işçi, nə məsuliyyətisz futbolçu var. Burada olan hamı "Qarabağ"ın böyüməsi və futbolumuzun böyüməsi üçün çox əziyyət çəkib”.
Mütəxəssis “Rakuv”la hər iki oyunda qolları rəqib hesabı açdıqdan sonra deyil, daha tez vurmamaları barədə konkret səbəbin olmadığını söyləyib: “Bizim qol epizodlarımız hər iki oyunda daha çox oldu, nəinki "Rakuv"un. Sadəcə istifadə edə bilmirdik. Bəlkə ustalığımız çatmadı, rəqib yaxşı oynadı. Futbolda elə element yoxdur ki, həmişə öncə mən qol vurmalıyam. Öz oyunumuzu oynadıq. İki komanda mübarizə aparırsa, biri çıxmalıdır. Demək ki, qismətimizdə bu imiş. Amma "Rakuv"dan nə çəkindik, nə də pis oynadıq. Ürəkli idik, rəqibin üzərinə çox gedirdik”.
Q.Qurbanov həftəsonu Azərbaycan Premyer Liqasının ilk turunda "Zirə"yə qarşı keçirəcəkləri oyuna da toxunub: “Belə oyunlarımız olub. bəlkə çətin olacaq. Həm yorğunluq, həm məyusluq var. Amma inanıram ki, futbolçularım bacaracaq. Tez bir zamanda futbolçuları bərpa etməliyik, çünki 5-də oyunumuz var. Oynamayan oyunçularımız da var. Ola bilər heyətdə böyük rotasiya edim”.
Ağdam klubunun çalışdırıcısı qeyd edib ki, nə vaxtsa Polşa klublarına qarşı uğurlu seriya qırılmalı idi: “5-ci dəfə idi Polşa klubları ilə qarşılaşırdıq və düşünürdüm ki, hardasa uduzmaq da var. Bu da "Rakuv"un qismətində imiş. Oyuna görə uduzmadıq. Futbolun yazılamayan qanunları var. Uğur hardasa dayanır”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























