12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Kiyev “Dinamo”sunun sabiq üzvü “Araz-Naxçıvan”da

"Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
 
Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, Premyer Liqa təmsilçisi Mohammed Kadiri ilə 1 illik müqavilə imzalayıb.
 
Bir neçə gündür komandanın düşərgəsində olan qanalı dayaq yarımmüdafiəçisi karyerasına “Aşanti Qold” klubunda başlayıb. Daha sonra vətənindən Avstriyanın eyniadlı komandasına transfer olunan 27 yaşlı futbolçu Rusiyanın “Arsenal Tula” komandasında da çıxış edib.
 
Onu daha çox məşhurlaşdıran isə Kiyev “Dinamo”sundakı oyunları olub. O, Ukraynada “Çernomorets”in heyətində də yer alıb. Yarımmüdafiəçi Macarıstanın “Honved” klubunun da formasını geyinib.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30