4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

“Ayşən Əhmədova PAOK-a keçidi tramplin olduğu üçün dəyərləndirdi”

“Ayşən Əhmədova tək PAOK-dan deyil, digər klublardan da təklif almışdı. Onun xidmətində maraqlı olan kollektivlər arasında ABŞ təmsilçisi də var idi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi, Türkiyənin "Fomget" klubunun idman direktoru Siyasət Əsgərov yığmamızın üzvü Ayşən Əhmədovanın PAOK-a transferini şərh edərkən deyib.

Əhmədova ilə təkcə millidə deyil, həm də “Fomget”də birgə çalışan Əsgərov Yunanıstan təmsilçisinin uzun müddətdi həmyerlimizin çıxışını izlədiyini bildirib:

“Fomget” də Ayşəni heyətində saxlamaq istəyirdi. Lakin yekunda klub anlayış göstərdi və keçidin reallaşmasına şərait yaratdı. Ayşən Avropa klubunda oynamaq istəyirdi. O, bu keçidi tramplin olduğu üçün dəyərləndirdi. PAOK neçə vaxtdı həmyerlimizin çıxışını izləyirdi. Bu haqda məlumatım var idi. Bir müddət əvvəl də rəsmi təklif göndərdilər. PAOK çox yaxşı komandadı. Üstəlik, şərtlər də qane etdiyindən rəsmi müqavilə imzalandı. İnanıram ki, bu keçid həm Ayşən üçün, həm də milli komandamız üçün xeyirli-uğurlu olacaq”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31