29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Elxan Məmmədov “Milliyet”ə danışdı: “Türkiyə sübut etdi ki...”

Türkiyənin nüfuzlu “Milliyet” qəzetində FİFA-nın Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədovun açıqlamaları dərc olunub.

Futbolxeber.az saytı müəyyən ixtisarlarla həmin yazını təqdim edir:

“FİFA-nın Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədovun Türkiyə Futbol Federasiyasının (TFF) ümumi toplantısından öncə TFF-nin fəaliyyəti, ardınca da İstanbuldakı Çempionlar Liqasının finalı barədə dedikləri böyük maraq gördü.

Türkiyədə baş verən zəlzələnin ardından TFF-nin dərhal “Çiyin çiyinə” kampaniyası ilə yardıma başladığını xatırladan Elxan Məmmədov “Başda TFF-nin prezidenti Mehmet Büyükekşi olmaqla, federasiya rəhbərliyini təbrik etmək lazımdı. Gözəl bir kampaniya ilə zəlzələdən zərər görən insanların yanında oldular”, deyə bildirib.

FİFA-nın Milli Assosiasiyaları Departamentinin direktoru İstanbuldakı ÇL finalından da söz açıb: “İstanbulda futbol bayramı yaşandı. Avropanın 1 nömrəli klub turnirinin finalına şahidlik etdik. Türkiyə sübut etdi ki, ən gözəl və ən peşəkar finalları təşkil edə bilər”.

Sonda E.Məmmədov Türkiyə millisinin Avro-2024-də Latviya və Uels üzərində qazandığı son qələbələrə də toxunub: “Əvvəlcə Türkiyə millisini qazanılan 6 xal münasibəti ilə təbrik edirəm. O gözəl qola imza atan Arda Gülər hər kəsə örnək olacaq. Azərbaycan millisinin Avropa çempionatının finalına yüksəlməsi çətin görünür. Lakin inşallah Türkiyə millisi Almaniyaya yollanacaq”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30