12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Türkiyə klubu Coşqun Diniyevin transferini açıqladı

"Ümraniyespor" "Səbail"in futbolçusu Coşqun Diniyevin transferini açıqlayıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, millimizin üzvü ilə razılıq əldə olunduğu, tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, "Səbail" iyunun 21-i C.Diniyevi transfer etmişdi. Onun müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə "dənizçilər"dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer almışdı.

Xatırladaq ki, "Ümraniyespor" ötən mövsüm Türkiyə Superliqasını tərk edib. Komanda yeni mövsüm 1-ci liqada oynayacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30