12 May 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

“Kamran Quliyevin “Neftçi”dən uzaqlaşdırılması barədə söhbət belə yoxdu” - Müşahirə Şurasının üzvü

“İndidən “Neftçi” barədə nəsə demək olmur. Çünki bütün suallara keçiriləcək iclasdan sonra aydınlıq gələcək. Bu gün, sabah iclas olmalıdı”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov deyib.

Veteran futbolçu “ağ-qaralar”la bağlı yayılan bəzi xəbərləri təkzib edib: “Təbii ki, komandanı boş buraxmaq olmaz. Bəli, mətbuatda bu gün “Neftçi” haqqında çox məlumatlar yayılır. Lakin real ortada heç nə yoxdu. Dediyim kimi, bütün suallara klub rəhbərliyinin toplantısından sonra aydınlıq gələcək. Baş məşqçi məsələsi hələ açıq qalıb. Regekampfın geri qayıdacağı barədə deyilənlər doğru deyil. Məşqçi yola salınıbsa, necə qayıda bilər? O ki qaldı Kamran Quliyevin klubdan uzaqlaşdırılması haqda yayılan xəbərlərə, bu barədə söhbət belə yoxdu”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31