15 Yanvar 2026, Cümə axşamı
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi

Ölkə futbolu

"Qəbələ"nin yetirməsi: "Artıq böyümüşəm, evdən getmək vaxtıdır"

"Artıq böyümüşəm və evdən getmək vaxtıdır".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qəbələ"dən ayrılan azərbaycanlı futbolçu Rövlan Muradov sosial şəbəkə hesabında yazıb.

25 yaşlı yarımmüdafiəçi karyerasını növbəti pilləyə daşımaq istədiyini bildirib: "Daha da inkişaf etmək, yeni uğurlarımla sizi sevindirmək üçün sevimli komandamı tərk edirəm. Bu yolda mənə dəstək olan rəhbərliyə, klub prezidenti Fariz Nəcəfova, baş menecer Nail Kərimova, mənə hər zaman güvənən baş məşqçimiz Elmar Baxşıyevə, komanda yoldaşlarıma və azarkeşlərimizə dərin minnətdarlığımı bildirirəm".

Muradov karyerasının gözəl və mənalı günlərinin "qırmızı-qaralar"da keçdiyini vurğulayıb: "U-15 komandasından başlayaraq bütün məşqçilər heyətinə təşəkkür edirəm. Peşəkar oyunçu kimi yetişməyimdə Qəbələ futbol klubunun danılmaz əməyi var. Yaxşı ki, yolum "Qəbələ"dən keçdi. Görüşənədək".

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rövlan Muradov 2017-ci ildən əsas komandadadır.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31