13 Yanvar 2026, Çərşənbə axşamı
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu
"Karvan-Yevlax"dan transfer

Ölkə futbolu

"Qarabağ"ın yeni transferi iddialı danışdı: "Heç kimdən çəkinmirəm"

"Ötən mövsüm "Mersi İdman Yurdu" superliqanı tərk etdikdən sonra klubla yollarımı ayırdım. Yeni çağırışı mənə "Qarabağ" etdi". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi İbrahim Sehiç deyib. Ağdam klubu ilə 2 illik müqavilə imzalayan bosniyalı qapıçı ilkin təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb. Sehiç yeni klubunda güclü qapıçıların olduğunu qeyd edib: "Bu kluba uğur qazanmaq üçün gəlmişəm. Heyətimizdə güclü qolkiperlər var. Bu da rəqabət üçün vacibdir. Heç kimdən çəkinmirəm. Forma üçün mübarizə aparacam. Məşqçilər necə inadla çalışdığımı görəcəklər. İnanıram ki, "Qarabağ"a faydalı ola biləcəm. Ən böyük hədəfim isə "Qarabağ"da uğurlu çıxışımla yenidən milli formanı geyinməkdir".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31