Ölkə futbolu
Ayxan Abbasov: “Məğlub olmamaq bizim üçün vacib idi”
“Bu gün azarkeşlərimizi sevindirmək istəyirdik. Onlara qələbə hədiyyə etməyə çalışsaq da, alınmadı. Amma digər tərəfdən də məğlubiyyətsiz oyunlar seriyamız davam edir. Mövsüm ərzində heç vaxt ardıcıl dörd məğlubiyyətsiz oyunumuz olmamışdı. Ona görə də bu gün məğlub olmamaq bizim üçün çox vacib idi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Səbail”lə oyundan sonra deyib.
O, 2:2 hesablı heç-heçəni belə şərh edib: “Oyun istədiyimiz kimi alındı, qollar vurduq. Yenə də fərqlənə bilərdik. “Səbail”in ikinci hissədə dəyişikliklər edəcəyini bilirdik. “Sumqayıt”la matçda da bu cür etmişdilər. Həmin görüşdə görmüşdük ki, sonradan meydana çıxan futbolçular oyunu dəyişə bilirlər. Bizdə isə son yaxın yorğunluq var idi. Kamal Bayramov zədəli oynadı”.
Abbasov “Turan Tovuz”un Premyer Liqadakı ilk ilinin pis keçmədiyini bildirib: “Oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Bu mövsüm məqsəd Premyer Liqada qalmaq idi. Sevindirici haldır ki, altıncı pillədə möhkəmləndik. Hətta turnir cədvəlində daha yuxarı qalxa bilərdik. Amma həlledici matçlarda təcrübəsizlik buna imkan vermədi. İlk ilimizin pis keçmədiyini deyə bilərəm. Gələcək bundan da çətin olacaq. Rəqiblər güclənəcək, ona görə biz də güclənməliyik. Son matçdan sonra yeni mövsümün planlarını daha ətraflı müzakirə edəcəyik”.
Mütəxəssis son turlar futbolçuları motivasiya etməkdə çətinlik çəkmədiyini bildirib: “Bəli, son görüşlər bizim üçün turnir cədvəli baxımından ciddi önəm kəsb etmir. Amma əsas odur ki, komandadakı ah-hava, futbolçuların yanaşması yaxşıdır. Heç bir futbolçunun hansısa oyunda həvəssiz olmasını görməmişəm. Komandanı yığanda götürdüyümüz futbolçuların bir çoxu klublarında oynamaq şansı qazanmırdılar, bəziləri isə hətta futboldan kənar qalmışdılar. Çətin anlarda belə komandada istək var idi. Kubokda uduzandan sonra futbolçulara bildirdim ki, çempionatdakı son 5 qarşılaşma bizim üçün finala bərabərdi. Gələcəyimiz üçün vacib matçlardı. Çox şükür ki, artıq 4 oyun keçib və heç birində uduzmamışıq, 10 xal toplamışıq. İnanıram ki, son turda “Qarabağ”a qarşı da layiqli müqavimət göstərəcəyik. Mövsümün sonunda yorğunluq olması normaldı. Bu gün də buna şahid olduq. Amma əsas odur ki, komandada istək var idi”.
“Turan Tovuz”un çalışdırıcısı hazırkı heyətində aparıcı üzvlərinə yeni müqavilə təklif etdiklərini bildirib: “Natan Oduvaya təklifimizi etmişik. Cavab gözləyirik. Oduva, məncə, Tovuzda qazandı. “Turan Tovuz”dakı karyerası onun üçün uğurlu oldu. Azərbaycan çempionatına uyğunlaşdı, özünü göstərə bildi. Daha əvvəl “Keşlə”də qol vura bilməmişdi. Amma tək Natan yox, komandada saxlama istədiyimiz bütün futbolçularla danışırıq. Kim qalmaq istəyəcəksə, onunla müqaviləni yeniləyəcəyik. Digər klubların futbolçularımıza maraq göstərməsi normaldı”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
10.11.2026
09.11.2026
08.11.2026





















.jpeg)

.jpg)
