Ölkə futbolu
Tərlan Əhmədov: “Bezsəydim, qorxsaydım, bu gün burada olmazdım”
“Mövsüm sona yaxınlaşdıqca komandalarda yorğunluq hiss olunur. Uduzsaq da, oyundan sonra futbolçularıma təşəkkür etdim. Bilirəm ki, uzaq yol gedib-gəlmək onları yorur. Bunun nəticəsində artıq komandada zədəlilər də çoxalıb”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, doğma meydanda çıxış etməməyin komandasını yorduğunu bildirib: “Minimum məqsəd Premyer Liqada qalmaq idi. Bunun öhdəsindən gəldik. Buna baxmayaraq, mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik. Amma bu gün qələbə qazanmaq alınmadı. Artıq biz də yorulmuşuq. Yol bizi çox yorur”.
Əhmədov komandanı Premyer Liqada saxlamasına baxmayaraq, klub rəhbərliyindən yeni müqavilə təklifi almaması haqda sualı belə cavablandırıb: “Bu sualı rəhbərliyə versəz, daha yaxşı olar. Yazırlar ki, guya kimlərəsə yalvarmışam ki, mənə hansısa komandada iş versinlər. Bu günə kimi heç kimə ağız açmamışam. Rəhbərlik istəsə, işimizə davam edəcəyik. "Kəpəz"i sevən insanlar mənə deyirlər ki, komandadan getmə. Bu günə qədər heç bir təklif olmayıb. İşim göz qabağındadır. Hazırda son oyunu fikirləşirəm. Müqavilə barədə heç nə deyə bilmərəm”.
Mütəxəssis qeyd edib ki, elə də yüksək olmayan büdcə ilə də komanda formalaşdırmaq mümkündür: “AZAL-ın büdcəsi 155 min manata endiriləndə işləmişəm. Futbol aləmində bütün çətinlikləri görmüşəm. Az büdcə ilə komanda formalaşdırmaq olar. Qalsam, ən yaxşı nəticəni qarşıma məqsəd qoyacağam. Şərait olsa, çalışaram ki, komanda mükafatçılar sırasında olsun”.
“Kəpəz”in çalışdırıcısı digər klublardan təklif alması haqda yayılan xəbərlərin düzgün olmadığını söyləyib: “Yox, heç bir klubdan təklif almamışam. Mənimlə heç kim əlaqə saxlamayıb. Özüm də heç kimə ağız açmamışam”.
“Kəpəz” son turda “Qəbələ” ilə qarşılaşacaq. T.Əhmədov qeyd edib ki, matça qədər 5 gün ərzində Qəbələdə qalmağa komandanın imkanı yoxdur: “Beş gün Qəbələdə qalmaq üçün böyük vəsait lazımdır. Ona görə də geri qayıtmağa məcburuq”.
“Kəpəz”in çalışdırıcısı öz işinə qiymət vermək istəməyib: “Öz işimlə bağlı heç nə deyə bilmərəm. İşimizə ictimaiyyət qiymət verə bilər. Sadəcə onu deyə bilərəm ki, qarşımıza qoyulan məqsəd Premyer Liqada almaq idi, ona da çatdıq”.
Bütün çətinliklərə baxmayaraq, o, çətinliklərdə qorxmadığını vurğulayıb: “Bezsəydim, qorxsaydım, bu gün burada olmazdım. Təhdidlər də var. Heç vaxt bunları açıqlayası deyiləm. Həyatım boyu heç vaxt qorxmamışam. Yenə bu hadisələr olsa, işimə davam edəcəm. Əksinə, bu cür hallar məni motivasiya edir”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























