Ölkə futbolu
Ayxan Abbasov: “Cavab versəm, bu, mənim zəifliyim olar”
“Bizi gərgin oyunun gözlədiyini bilirdik. Son turlar yaxaladığımız qələbə seriyasını davam etdirmək istəyirdik. Digər tərəfdən fə bu mövsüm əvvəlki 3 oyunun heç birində "Qəbələ"yə qalib gələ bilməmişdik. Nəhayət bu gün istəyimizə çatdıq. Vacib 3 xal qazandıq. Bizi səfərdə dəstəksiz qoymayan azarkeşlərimizə təşəkkür edirəm”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Qəbələ” üzərində səfərdə qazandıqları 2:1 hesablı qələbəni şərh edərkən deyib.
Mütəxəssis kubokda mübarizəni dayandırdıqdan sonra çempionatda ardıcıl qələbələr qazanmalarını belə şərh edib: “Bəli, kubokun stressi bizi çox sıxırdı. Bu məqam çempionatda bəzi matçlarda daha yaxşı çıxış etməyimizə mane olurdu. Həm də hər komandanın enişi də olur, yaxşı dövrü də olur. Bu gün görünən odur ki, düz yoldayıq. Komandama həmişə inanmışam. Ən çətin durumlarda xallar qazanmışıq”.
"Qəbələ"nin avrokuboklar yolunda əsas rəqibi olan "Zirə" sizi matçdan əvvəl stimullaşdırmamışdı?” sualını “Turan Tovuz”un çalışdırıcısı belə cavablandırıb: “Qətiyyən elə şey ola bilməz. "Zirə"yə qarşı da eyni güclə oynamışdıq. Bizim sponsorumuz var. Kiminsə bizi stimullaşdırmasına ehtiyac duymuruq”.
A.Abbasov Natan Oduvanın meydana çıxmasına da aydınlıq gətirib: “Dünən ağrıları var idi. Yüngül zədəsi var. Oyunun tempi elə idi ki, tam hazır olmayan futbolçunu buraxmaq istəmədik. Ona görə də Oduvuya bu gün şans vermədik”.
“Turan Tovuz”un çalışdırıcısı komandasının yenidən standart vəziyyətdən fərqlənməsi haqda bunları deyib: “Standart vəziyyətlər önəmlidir. Ötürməni verən futbolçudan da çox şey asılıdır. İlk hissədə futbolçulara bir qədər qəzəbləndim. Çünki yaxşı ötürmələr edə bilmədilər. Digər tərəfdən də Sadiq Quliyevin qol vurmasına çox sevindim. Onu yenidən futbola qazandırdıq. Əlbəttə ki, məşqlərdə bunun üzərində çalışırıq. Standart vəziyyətlər bizim üstünlüyümüzdür və bundan istifadə etmək istəyirik”.
Abbasov növbəti mövsümlə bağlı planlarından da söz açıb: “Hazırkı heyətimizi qorumaq, eləcə də yeni oyunçularla güclənməkməliyik. Avrokuboklar sözü verə bilmərəm. Amma daha da yaxşı durumda olmaq istəyirik. İnkişaf etmək istəyiriksə, ən azı 3 il yaxşı mübarizə aparmalıyıq”.
A.Abbasov komandasının uğursuz çıxışı zamanı onu tənqid edənlərə cavab vermək istəməyib: “Cavab versəm, bu, mənim zəifliyim olar. Düz fikirləri həmişə qəbul etmişəm. Bu gün "Turan Tovuz"dan böyük nəticələr gözləyənlərlə razılaşmıram. Bunlar olmalı idi. Biz dostumuzla düşmənimizi tanımalıyıq”.
O, müdafiə futbolu oynatmadığını bildirib: “Mən heç vaxt avtobus qurmamışam. Bəziləri elə bilir ki, futbolu yaxşı bilir. Amma heç nə bilmirlər. Zəif oyunlarımız da çox olub. Bu da normal haldır. Həm də özümü kiməsə sübut etmək fikrim yoxdur. Komandanın topu, forması olmayanda heç kim gətirib bizə top vermədi”.
Sonda mütəxəssis "Qəbələ"nin qolundan sonra yaşanan gərginlikdən söz açıb: “İstəməzdik belə hal yaşansın. Çünki "Qəbələ"ni çox bəyənirəm. Amma rəqibin futbolçusunun jest etməsi bizi qıcıqlandırdı”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
24.09.2026
23.09.2026
























