Ölkə futbolu
Qurban Qurbanov: “Sonuncu çempionluq daha vacib və şirin olur”
“Futbolçularımı təbrik edirəm. Bu il çox əziyyət çəkdilər. Həm avrokuboklarda, həm çempionatda oynadıq. Sıx qrafik var idi. Amma şükürlər olsun ki, hər şey düşündüyümüz kimi alındı”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXIV turunda “Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri və çempionluğu rəsmiləşdirdikləri oyundan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının qızıl medallara layiq olduğunu bildirib: “Bəzən zədəlilər, gedənlər oldu. Buna baxmayaraq, tempi qoruyub-saxlaya bildik. Futbolçularım bu çempionluğa layiq idi. Azarkeşlərimizin sevinci, bizimlə olması qüvvət verir. Onlara təşəkkür edirəm. Hələ qarşıda iki oyunumuz var”.
O, bu çempionluğun əvvəlkilərdən fərqini belə izah edib: “Hər çempionluq sanki daha vacib olur. Çünki tələblər çoxalır. Hər dəfə çempion olduqda yenə səndən çempionluq gözləyirlər, rəqiblər daha ciddi hazırlaşırlar. Bu il bunun şahidi olduq. Nə qədər çətin oyunlarımız var idi. "Səbail" də bu gün çox yaxşı hazırlaşmışdı. Futbolçular elə səviyyəyə gəlib çıxır ki, heç bir rəqib digərindən çəkinmir. Sonuncu çempionluq daha vacib və şirin olur. Görünən odur ki, daha çox əziyyət çəkməliyik. Hansısa titulu əldə etdikdə sanki rahat nəfəs almağı düşünürük. Amma belə deyil. Əksinə, bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdur. Azarkeşlər, sizlər, rəhbərlik tələblər edir. Çempionluq bitdi, qarşıdakı turnirə hazırlaşmalıyıq. İlboyu işin içindəyik. Hər çempionluq daha vacib və dəyərli olur”.
Qurbanov “Qarabağ”ın 10-cu dəfə çempion olmaqla ilkə imza atmasına da münasibət bildirib: “Hər çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və iki böyük ulduz, klubun tarixinə düşür. Çox sevinirəm ki, mənim dönəmimdə oldu. Buna uğurumuzun bir hissəsi kimi baxırıq”.
“Qarabağ”ın çalışdırıcısı son 2 tura da ciddi yanaşacaqlarını qeyd edib: “Rotasiyalar olacaq, bu, qaçılmazdır. Mövsümboyu çox yorulan futbolçularımız var. Ola bilər ki, onlara başqa proqram tutaq. Bunu məşqçilərlə müzakirə edəcəyik. Əvəzedici heyətdən futbolçu götürməyə gəldikdə, belə fikrimiz yoxdur. Çünki, bizdə az oynayanlar yetərincə çoxdur. Onlara şans verməyi düşünəcəyik. Futbolçularımın hər birinə güvənirəm. Abdullah Zubir, Bədavi Hüseynov zədələnmişdi, bu gün yox idilər. Digər yorulan futbolçularımız da var. Ümumi, düzgün plan cızacağıq”.
Təcrübəli çalışdırıcı daha çox çempionluq qazanmaq istədiyini vurğulayıb: “Daha çox çempionluq qazanmaq istəyərdim. İmkan varsa, daha çox çempion olmaq istəyərdik. Nə qədər buradayıq, futboldayıq, hər turnirdə maksimumu verməyə çalışacağıq. Çox istəyərdik ki, daha irəli gedək”.
O, Diakabi və Benzianın durumuna da söz açıb: “Bizim düşüncələrimizlə bu gün hər ikisi optimal formada olmalıydılar. Əfsuslar olsun ki, düşüncələrimiz düzgün olmadı. Sadəcə futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Kimə daha çox güvənirsən, bəzən daha çox zədələnir. Abbas Hüseynov komandada fiziki cəhətlərinə görə üstünlərdəndir. Amma qış hazırlığında bəsit epizodda zədələndi. Buna görə sizə cavab verməyə ehtiyat edəcəm. Get-gedə zədələri geridə qoyacaqlar. Benziada hansısa problem olacağını düşünmürəm. Normal durumdaydı, əzələ problemi oldu. Diakabidə zədə sümük nahiyyəsindədir deyə, uzun çəkə bilər. Hər bir halda, hazırlıq dönəmində komanda ilə məşqlərə başlayacaqlar”.
Q.Qurbanov hələlik komandadan kimlərin gedəcəyini müəyyənləşdirmədiyini söyləyib: “Həmişə futbolçularımı qoruyub-saxlamaq istəmişəm. Qarşılıqlı razılıq əldə olunmayanda, ayrılırıq. Gələcəklərlə danışıqlar gedir. Bəzən 100 faiz alınası futbolçu alınmır. Danışıq aparırıq. İndidən sonra daha ciddi danışacağıq. Çox istəyərdim ki, kollektiv tam qalsın və bir neçə nəfər də əlavə edilsin”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
10.11.2026
09.11.2026
08.11.2026





















.jpeg)

.jpg)
