6 Fevral 2026, Cümə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Ölkə futbolu

“Neftçi” ilə oyun “Qarabağ”ın 3 futbolçusu üçün yubileylə əlamətdar olub

“Qarabağ”ın üç futbolçusu yubiley matçını qeyd edib.
 
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bunlar müdafiəçilər Rahil Məmmədov, Kevin Medina və hücumçu Ramil Şeydayevdir.
 
XXXII turda “Neftçi” ilə (4:2) görüşün iştirakçıları olan Azərbaycan millisinin üzvləri ölkə çempionatında 100-cü oyunlarını keçiriblər. Şeydayev bu qarşılaşmalarda 33 qol vurub. 27 yaşlı hücumçu Premyer Liqada iki klubda – “Qarabağ” (72 oyun, 27 qol) və “Sabah”da (28 oyun, 6 qol) forma geyinib.
 
Rahil Məmmədovun isə hesabında 1 qol var. 28 yaşlı müdafiəçi “Neftçi” (32 oyun), “Səbail” (13 oyun), “Qarabağ” (48 oyun, 1 qol) və “Zirə”nin (7 oyun) uğurları üçün çalışıb.
 
Kevin Medina 100-cü dəfə “Qarabağ” forması ilə meydana çıxıb. 30 yaşlı kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. O, Premyer Liqada 63 (1 qol), kubokda 8, avrokuboklarda 29 (1 qol) dəfə meydana çıxıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28