5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Ölkə futbolu

Ölkə kuboku: "Neftçi" finalda!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
 
Futbolxeber.az saytının məlumatına görə, bununla da turnirin ilk finalçısı bəlli olub..
 
Birinci matçda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da sınağa çəkib.
 
Dramatik keçən görüşdə "Neftçi"nin 2 qolu hesaba alınmayıb, 2 top dirəkdən dönüb, yalnız hakimin matça əlavə etdiyi 7 dəqiqədə 2 dəfə rəqib qapısınba yol tapan "Neftçi" finala vəsiqə qazanıb. 
 
Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.
 
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunu
26 aprel
 
"Neftçi" - "Turan Tovuz" - 2:0
Qollar: Emin Mahmudov, 90+3, Kenni Sayef, 90+7
Baş hakim: Fərid Hacıyev
İlk oyun - 0:1
Bakı, "Bakcell Arena"
 
Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31