Ölkə futbolu
Aslan Kərimov mütəxəssisdi, “Qarabağ”ın həkimi, yoxsa uzaqgörən?
Azərbaycanda bir qrup məşqçi var ki, harada çalışmalarından asılı olmayaraq “Qarabağ”a simpatiyalarını hər fürsətdə büruzə verirlər. Məsələn, “Səbail”in keçmiş baş məşqçisi Aftandil Hacıyev dəfələrlə oyunsonrası mətbuat konfranslarında, müsahibələrində öz komandası qalırdı bir kənarda, başlayırdı Ağdam klubunun şəninə tərəflər səsləndirməyə. Bir dəfə hansısa Premyer Liqa oyunundan sonra “Səbail”in çalışdırıcısı növbəti turda qarşılaşacaqları “Qarabağ”la bağlı sual ünvanlanmışdı. Aftandil Hacıyev isə bildirmişdi ki, “Qarabağ” digər komandalardan 5 baş üstündü. Hansısa azarkeşin belə bir açıqlamasını anlayışla qarşılamaq olar. Lakin bir məşqçinin növbəti turda qarşılaşacağı rəqib haqda belə fikir bildirməsi düzgün deyil. Bu açıqlamanı oxuyan futnolçu sabah meydanda baş məşqçisinin 5 dəfə üstün gördüyü rəqibə qarşı necə mübarizə aparsın?
Son zamanlar Aftandil Hacıyevin “yerini” Aslan Kərimov tutub. O, hər fürsətdə Ağdam klubu haqda müsbət fikirlər səsləndirir. Amma Kərimovun son çıxışı daha unikaldı. Bu dəfə o, “Qarabağ”ın həkimi qismində açıqlama verib. Qol.az saytının müxbirinin “Neftçi” ilə oyunla bağlı sualını cavablandırarkən Kərimov "Neftçi" ilə oyunda "Qarabağ"ın futbolçularının yarısı qızdırma içində idi" deyib. Görəsən, Aslan bəy həqiqətənmi Ağdam klubunun tibbi personalında işə başlayıb, yoxsa “Azərsun Arena”dakı matçdan öncə bir-bir “Qarabağ”ın futbolçularının hərarətini şəxsən özü ölçdüyü üçün bu qənaətə gəlib?
Aslan Kərimovun “Çempionatın hazırkı durumundan çox da nəsə gözləmirəm. Hər şey artıq məlumdur. Lider dəyişəsi deyil” açıqlaması da müzakirəyə açıqdı. Mən bildiyim qədəri ilə Aslan bəyə jurnalistlər futbol mütəxəssisi kimi müraciət edirlər. Amma nədənsə onun yuxarıdakı cavabı qatı “Qarabağ” azarkeşinin cavabından seçilmir. Məncə, Kərimov unudub ki, daha uzun illərdi “Qarabağ”ın formasını geymir. Amma digər tərəfdən də o, heç futbolçu vaxtı bu cür inamlı açıqlamalar verməzdi...
Lakin Aslan Kərimovun “uzaqgörənliyi” təkcə “Qarabağ”la bitmir. O, artıq “Neftçi”nin də çempionatı hansı yerdə başa vuracağına əmindir: “Ümumiyyətlə, nəinki lider, ilk "3-lük" dəyişməyəcək... "Neftçi" mövsümü elə 3-cü pillədə başa vuracaq”.
Məncə, PFL, “Qarabağ”, “Neftçi” və “Sabah” havayı yerə əziyyət çəkməsin. Qarşıdakı 14 turda bu 3 komanda meydana çıxmasın. PFL elə növbəti turda mükafatlandırma mərasimi təşkil etsin, “Qarabağ”a qızıl, “Sabah”a gümüş, “Neftçi”yə də bürünc medallar təqdim olunsun. Özü də medalları Aslan Kərimov şəxsən təqdim eləsin...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
15.11.2026
14.11.2026
13.11.2026
























