Ölkə futbolu
"Azərbaycanlı futbolçuların nizam-intizamı belaruslulardan yaxşıdır"
"Sabah"dan ayrılaraq Belarus "Minsk"inə keçən Aleksandr Naçayev yerli "Pressball" nəşrinə müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı qapıçı Azərbaycan klubları, buradakı həyat tərzi və başqa mövzular haqda danışıb.
Naçayev bildirib ki, Azərbaycanda futbolçuların nizam-intizamı belaruslulara nisbətən daha yaxşıdır: "Azərbaycan Premyer Liqasında həm infrastruktur, həm də maliyyə baxımından müxtəlif şəraitli klublar var. İlk beşlikdə qərarlaşan komandaların məhsuldar iş üçün lazım olan hər şeyi var. Ancaq elit klubların stadionu, meydançası yaxşıdır. Meydançalar həm təbii, həm də süni ola bilir. Bu da istənilən oyunçu üçün vacibdir. Azərbaycanda çoxlu legionerlər var. Bu o deməkdir ki, klubların müvafiq imkanları var. Gənc futbolçular həm texniki, həm də taktiki cəhətdən yaxşı təchiz olunublar. Qeyd edim ki, belaruslu futbolçularla müqayisədə onların nizam-intizamı daha yaxşıdır. Futboldan danışsaq, o da".
Naçayev əlavə edib ki, Türkiyə klublarından birinə keçmək və ya "Rux"da qalmaq variantları olsa da, sonda "Sabah"ı seçib: "Azərbaycandan təklif gələnə qədər karyeramı Türkiyədə davam etdirmək imkanım olub, lakin "Rux" ilə müqaviləm qüvvədə olduğuna görə Bosfor və Çanaqqala sahillərinə köçməyim baş tutmadı. Bundan sonra "Sabah" diqqətimi çəkdi. Təklif gözlənilməz oldu. Biz artıq "Rux"la yeni müqavilənin şərtlərində razılaşmışdıq, bir neçə günə imzalamalı idim. Və qəfildən üfüqdə Bakı klubu variantı göründü".
Belaruslu qapıçı "Sabah"ın çempionluq uğrunda mübarizə aparmasını da vurğulayıb: "Yeri gəlmişkən, bu gün “Sabah” çempionluq uğrunda mübarizə aparır. Komandanın əla iş şəraiti, yüksək keyfiyyətli infrastrukturu var. Ən əsası isə, güclü komanda qurulub. Futbola müasir baxışa malik güclü məşqçilər, təcrübəli futbolçular, eləcə də gənc, iddialı oyunçular... "Sabah" beynəlmiləldir, çoxlu legionerləri var. Eyni zamanda, Azərbaycanda olduğum müddətdə, dil, mentalitet kimi problemlərlə qarşılaşmadım. Açığı, karyeramı "Sabah"da davam etdirməyimdə komandaya rusiyalı mütəxəssis Murad Musayevin baş məşqçilik etməsi həlledici rol oynadı".
Naçayev deyib ki, "Sabah"a gələrkən buradakı insanlar onu mehriban və istiqanlı şəkildə qarşılayıblar: “Sabah”ın yerləşdiyi Bakı şəhəri məni mehriban və istiqanlı şəkildə qarşıladı. Bakıda keçirdiyim vaxt haqqında müsbət təəssüratlarım var. Mən bir çox ölkələrdə olmuşam. Lakin heç yerdə belə mehriban və gülərüz insanlara rast gəlməmişəm. Azərbaycan mentalitetini belaruslarla müqayisə etsək, fərq hiss olunur. Əgər yenidən Bakıya uçsam, bu, ən yaxşı dostumu ziyarət etmək kimi olar, başqa cür deyil. Ən güclü duyğu insanlardır".
Qeyd edək ki, A.Naçayev 2022-ci ilin yanvarında “Rux”dan "Sabah"a transfer olunmuşdu. O, qış transfer pəncərəsində paytaxt klubundan ayrılıb və daha sonra "Minsk"ə keçib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























