Ölkə futbolu
Rəşad Sadıqov: “Sevgi, məhəbbət bir az ağır “tema”dır” (Müsahibə)
Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı “Qarabağ”lı Rəşad Sadıqovdu. Söhbət “Qarabağa” futbol klubunun kapitanı, 14 nömrəli oyunçusu Rəşaddan gedir. O, bizə futboldan tutmuş bağça sevgisindən, ona gülən qızlardan və “krossovka”larından da danışdı. “Krossovka”nın məktəb illərinə nə dəxli var? Ən yaxşısı özünüz oxuyun. Rəşad Sadıqovun “Məktəb illəri”ni.
“Yox, ağlamadım. İlk müəlliməm Sənubər xanımıydı. Bir az sərt idi. Üstündən iyirmi ildən çox keçib, çox şeylər yadımda deyil. Amma yadımdadı, ikinci sinifdən beşinci sinfə qədər mənə İldırım müəllim dərs keçdi. O da Sənubər müəllimə kimi sərt və tələbkar idi”.
“Məktəbə zorla göndərirdilər”
- İlk dəfə 1989-cu ildə Suraxanı rayonu 226 saylı orta məktəbə getmişəm. Bir il orda oxuyandan sonra Nərimanova köçdük, məktəbimi dəyişdim. Qalan on ili 34 nömrəli məktəbdə oxudum. Açığı, dərs oxumağı sevməzdim. Tələbkarlığı yalnız futbolda sevmişəm. Mənə qarşı daim tələbkar olublar. Mən də çalışmışam tələb olunanı maksimum yerinə yetirəm. Bir işi sevəndə insanın istər-istəməz həvəsi də çox olur.
Məktəbi sevmirdim. Getmək istəmirdim, evdən zorla göndərirdilər. Səhər yuxudan tez oyanmaq, dərsləri hazırlamaq gələndə dilxor olurdum. Tətil günləri, bayram olanda sevincimin həddi-hüdudu olmazdı. Riyaziyyat, ədəbiyyat, bir də rus dilinə həvəsim vardı. Ədəbiyyat müəlliməm Misidini və rus dili müəlliməmi, Xatirə xanımı çox istəyirdim. Kimya müəlliməmi çox xoşlasam da, dərsini heç sevməzdim. Fizika, kimya dərsləri mənə maraqsız gəldiyi üçün dərslərə zorla girirdim. İdman dərsi mənim üçün istirahət idi. Sevdiyim oyunları oynayırdım; futbol, voleybol.... Dərslərimi səkkizə qədər yaxşı oxumuşam, əslində. Amma doqquzda futbola daha çox zaman ayırmağa başladım. Məktəbə nə vaxtım, nə də istəyim vardı. O da qiymətlərimə təsirini göstərirdi. İdman dərsindən qiymətim daim əla olurdu.
“Dəcəl olmuşam”
- Uşaq vaxtı çox dəcəl olmuşam. Anamı məktəbə çağırıb deyirdilər ki, qoy dərsə gəlməsin, biz qiymətlərini yazacağıq. Gülüb-danışmağı çox xoşlayırdım. Xüsusi ilə yuxarı siniflərdə. Adam böyüdükcə dingildəməyə başlayır, istəyir özünü göstərsin, qızların xoşuna gəlsin. Belə şeylər çox olub. İndi yadıma düşəndə bəzən gülməyim gəlir, bəzən də utanıram hərəkətlərimdən. Mən bir az aşırdım sərhədi. Qızları müdafiə etməyi də sevərdim, cırnatmağı da. Tez-tez məndən küsərdilər. Sinfimizdə bir qız vardı, adını çəkmək istəmirəm, ailəlidi. Ən çox onunla zarafat edirdim, inciyirdi. Amma əslində xətrini çox istəyirdim. Xeyir işində də iştirak etmişəm.
Sevgi, məhəbbət bir az ağır “tema”dı (Gülür). Qızların “anket” dəftəri olardı. “Kimi sevirsən?” sualına cavab yazanda həriflərin yerinə nöqtələr qoyurdum. İlk sevgimi bağçada tapmışam. O qızı görəndə öz aləmimdə utanırdım. Elə bilirdim ki, mənim ondan xoşum gəldiyini o bilir. Ondan sonra da sevgilərim olub. Amma uşaq sevgisi. Yuxarı siniflərdə isə başqa cür olur. Adam elə fikirləşirdi ki, məktəbdən kimisə gözaltı eləməli, bir yerdə böyüməli və onunla evlənməlidi. İndi hər şey başqa cürdü.
“Topla yatıb, topla dururdum”
- Futbola marağım elə məktəb illərindən başlayıb. On yaşım olanda Tofiq Bəhramov adına futbol məktəbinə məşqlərə gedirdim. Müəllimim Vaqif Paşayev idi. Vaqif müəllim bizdən tələb edirdi ki, həmişə özünüzdən yaşda böyük uşaqlarla oynayaq. Belə izah edirdi ki, bu bizim gələcək inkişafımıza müsbət təsir edəcək. O vaxtlar adamın idmana həvəsi də çox olur. Topla yatıb, topla dururdum. O illərə baxanda həvəsim azalıb. Yaş artıb, qayğılar artıb. Başqa məsuliyyətlər var. Həyat tək futbol deyil.
Nərimanov rayonu, məktəblər arası futbol yarışı keçirilirdi. Onda, ya on birdə oxuyurduq. Elə oldu ki, məktəbimizə qələbə qazandırdıq. Oyunları uda-uda gəlirdik, finalda “penallaşma” oldu. Beş qoldan birini də mən vurmuşdum. Ona görə də, həmin ili bütün müəllimlər də, direktor da mənə güzəştə getdi. Heç biri gözləmirdilər birinci yer tutacağımızı. Məktəbin qarşısında bizi toplayıb təbrik etdilər. Bir müddət məktəbdə lovğalana-lovğalana gəzirdik.
“Qızların bu hərəkətindən pərt olmuşdum”
- Son zəng?! Bir o yadımdadır ki, son zəngə geyinməyə ayaqqabım yoxuydu. Bir “krossovka”m vardı, o da cırıq. Mama onu tikdirdi, sahmana saldı, geyindim. Və bu günə qədər yadımdadır; qızlar mənim “krossovka”ma baxıb gülmüşdülər. Məktəbimizin imkanlı, yekəxana qızlarıydı. İnsanlığa yox, geyimə dəyər verirdilər. Mən özüm elə olmamışam deyə, qızların bu hərəkətindən çox pərt olmuşdum. Amma özünü sındırmırdım, büruzə vermirdim. O vaxtdan bəri onlarla qarşılaşmamışam. Bu günə qədər də bu hadisə tez-tez yadıma düşür. Bir bu günümə baxıram, bir də on beş-iyirmi il geriyə. Bu gün Allahıma çox şükür hər şey yaxşıdı.
Sinif yoldaşlarımdan sadəcə bir nəfərlə hələ də əlaqə saxlayıram. Ağayla iyirmi ildən çoxdur ki, dostuq. Ona sinif yoldaş gözüylə baxmıram. Çünki məktəbdən əvvəl də dostluğumuz olub, bir yerdə böyümüşük.
O illərə qayıtmaq istəyərdim. Əsasən də on və on birinci siniflərə. Orda adamın ağlı çox şeyi dərk etmir. O vaxt həyat başqa cür görünürdü. Daha, gözəl, daha saf. Bu qədər çirkinlikləri görmürdük. Hərdən öz-özümə deyirəm ki, qayıdım o illərə, elə o illərdə qalım. Şəxsi həyatla da bağlı, futbolla da bağlı buraxdığım bir çox səhvləri təkrarlamazdım. Hər sahədə buraxdığım səhvlər çox olub. Futbolda elə səhvlər buraxmışam? O klubdan bu kluba keçmək, bir klubda çox qalmaq, yanlış seçimlər... Bu da karyerama mənfi təsir edib. Sonuncu seçimimdən isə razıyam: “Qarabağ”...
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:53
Millimiz Andoraya qalib gəldi
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
25.10.2026
24.10.2026
23.10.2026
























