19 Avqust 2026, Çərşənbə
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi

Futzal

Millimiz “Araz-Naxçıvan”a uduzdu

Oktyabrın 16-dan etibarən təlim-məşq toplanışı keçirən futzal üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununda gücünü sınayıb.

Futbolxeber.az saytının məlumatına görə, “Olimpik Star”da A milli “Araz-Naxçıvan”ın legionerlərdən qurulmuş heyəti ilə qarşılaşıb.

Fasiləyə qədər tərəflər hərəyə 2 qol vurub. İkinci hissədə üstünlüyə tam sahib olan “Araz-Naxçıvan” yekunda 6:2 hesablı qələbə qazanıb.

Millinin heyətində qolları Emil Həsənzadə və Qüdrət Qasımzadə vurublar. Baş məşqçi Yevgeni Kukseviçin tapşırığına uyğun olaraq, Ülvi Əliyev birinci hissədə “Araz-Naxçıvan”ın, fasilədən sonra isə millinin heyətində yer alıb.

Ümumiyyətlə, oyunda A millinin heyətində bu futzalçılar iştirak edib: Kamran Hacıyev (q), Cavad Məmmədov (q), Hüseyn Əbdülov (q), Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə, Emil Həsənzadə, Nihad İsmayılov, Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Eldar Zeynalov, Oqtay Mahmudzadə.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31