Ölkə futbolu
“Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
Dünən uzun fasilədən sonra bölgədə futbol izləmək imkanımız oldu. Azərbaycan futboluna nabələd şəxs üçün qəribə səslənsə də, futbol cameəsi üçün adi hal idi – Şamaxıda Yevlaxın “Karvan”ı “Sabah”ı qəbul edirdi. Yəqin ki, komandalar bu sözümdən inciməzlər, heyif itirilən 90 dəqiqəyə. “Karvan” - “Sabah” matçı bu mövsüm izlədiyimiz bəlkə də ən maraqsız oyun idi. Bir tərəfdə 90 dəqiqə boyunca sönük görünən “Karvan”, digər tərəfdə meydanda gəzə-gəzə istədiyini edən “Sabah”...
“Neftçi”yə qarşı bütün komandalar xüsusi motivasiya ilə oynayırlar” – bu fikri tez-tez eşidirik. Dünən bunun bir daha canlı şahidi olduq. Bir tur əvvəl paytaxtda “Neftçi”nin qonağı olan “Karvan” 90 dəqiqə inanılmaz əzmkarlıq nümayiş etdirmişdi. Komanda sanki ölüm-dirim matçına çıxmışdı. Lakin dünən həmin kollektivdən əsər-əlamət yox idi. Əminliklə söyləmək olar ki, “Karvan” “Neftçi”yə qarşı nümayiş etdirdiyi əzmkarlığın heç 10 faizini “Sabah”a qarşı ortaya qoymadı. Böyük ehtimal, bunda rəqibin erkən qol vurmasının da rolu oldu. Adətən autsayder komandalar qapılarını bir müddət toxunulmaz saxlayarkən özünəinamları artır...
“Karvan”dan söz düşmüşkən, daha əvvəl dəfələrlə bu komandanın Premyer Liqaya hazır olmadığını qeyd etmişdik. Dünən şahidi olduğumuz bir məqam bu fikri bir daha təsdiqlədi. “Karvan”ın avtobusunun olmaması böyük problem deyil. Son mövsümün bürünc medalçısı “Araz-Naxçıvan” da icarə avtobusda oyunlara yollanır. Lakin “Karvan”da vəziyyət daha acınacaqlıdır. Təsəvvür edin ki, komanda Şamaxıya icarəyə götürülmüş iki “Sprinter”lə gəlmişdi. Oyundan sonra “Karvan”ın inzibatçılarının idman ləvazimatlarını yığdıqları “Sprinter”lərin üzərində “İcarə - Gəncə-Yevlax” sözlərini görmək qəribə mənzərə idi... Hətta “Karvan”ın futbolçularından biri (etika xatirinə adını qeyd etmirik) Bakıya “Sabah”ın avtobusunda qayıtmaq istəyirdi. Lakin klub rəsmilərindən “baş məşqçi elə şeyə icazə vermir” cavabını aldıqdan sonra sonra başqa nəqliyyat vasitəsi axtarışına çıxdı.
Oyunu stadiondan izləyənlər arasında AFFA-nın vitse-prezidenti Balakişi Qasımov da var idi. O, matça “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və idman direktoru İqor Ponomaryovla birgə tamaşa edirdi. B.Qasımov “Sabah”a yaxınlığı ilə tanınsa da, sənəd üzərində onu paytaxt klubuna heç nə bağlamır. Buna baxmayaraq, “Sabah” hesabı açdıqdan sonra Balakişi müəllim sevincini alqışlarla büruzə verdi. Belədə istər-istəməz sual yaranır: əgər Balakişi Qasımovun “Sabah”a bağlılığı yoxdursa, nə üçün komandanın qolunu belə sevinclə qeyd edir? Tərslikdən "Karvan" da qol vurmadı ki, Qasımovun bu dəfə hansı reaksiya verəcəyini görək...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
19.10.2026
18.10.2026
17.10.2026
























