15 May 2026, Cümə
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi
Sadıqov: “Futbolçularımla fəxr edirəm”
"Sabah" kuboku da qazandı

Xarici futbol

Azərbaycan klubu ilə müqavilə imzalamağa gələn qapıçı sərhəddə saxlanıldı

Ukraynanın “Dinamo” və “Şaxtyor” klublarının qapıçısı olmuş Artur Rudko ölkəni qanunsuz tərk etməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazıb.

Qeyd olunub ki, 33 yaşlı futbolçu karyerasını Azərbaycanda, "Qəbələ” klubunda davam etdirməyi planlaşdırırmış. Lakin sərhəd keçidindəki uğursuz cəhd bu planı pozub və indi onun müqavilə imzalamaq şansı yoxdur.

Rudko Ukrayna-Moldova sərhədini keçməkdə uğursuz cəhdindən sonra saxlanılıb. Qanunsuz çıxışın təşəbbüskarı isə bir telegram kanalı olub. Qaçışa qatılan hər kəs 8 min dolları kriptovalyuta ilə ödəməli idi.

Rudkonun karyerasındakı son klub “Çernomorets” olub. Oranı 2024/25 mövsümündə tərk edib. O, azad agent olub.

Xatırladaq ki, Ukraynadakı müharibə ilə əlaqədar hərbi xidmətə çağırışı olan şəxslər yalnız müvafiq dövlət qurumlarının icazəsi ilə ölkəni tərk edə bilərlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31