3 Sentyabr 2026, Cümə axşamı
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Ölkə futbolu

Saşa İliç qələbəni şərh etdi

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə “Karvan-Yevlax”a qalib gəldikləri (4:1) matçı şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, serbiyalı mütəxəssis nəticədən razı qalsa da, komandanın oyununda çatışmazlıqların olduğunu gizlətməyib: “Uğursuz seriyadan sonra qalib gəlmək xoşdur, amma oyundan tam razı deyiləm. Bir çox qol imkanlarından yararlana bilmədik. Bunun səbəbi heyət çatışmazlığıdır. Rəşid zədəlidir, Rüstəm və Səbuhi milli komandadan qayıdıblar. Bu səbəbdən bəzi gənc futbolçulara şans verməli olduq. Əsas məqsədimiz sabit heyətlə bir neçə matç oynamaqdır”.

Baş məşqçi qələbəyə baxmayaraq, bəzi futbolçuların fərdi səhvlərindən narazılığını bildirib: “Sevinc var, amma planlaşdırdığımız oyunu tam görə bilmədik. Bəzi oyunçular səhvlərə yol verdilər”.

İliç qış transfer pəncərəsində Serbiyadan futbolçular gətirmə ehtimalına da münasibət bildirib: “Mənim üçün futbolçunun hansı ölkədən olması vacib deyil. Əsas odur ki, komandaya xeyir versin. Qışda yeni oyunçuların gəlməsi mümkündür”.

Serbiyalı mütəxəssis qarşıdakı çətin oyunlara da toxunub: “Bizim üçün asan matç yoxdur. Qarşıda “Zirə”, “Araz-Naxçıvan” və “Qarabağ”la oyunlar olacaq. Hazırda diqqətimizi növbəti tura yönəltmişik. Futbolçulardan tələbim bu matçlara tam hazır olmalarıdır. Məşqlərimiz də bu istiqamətdə qurulub”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30