Ölkə futbolu
Rəşad Sadıqov: “Epizod sarı vərəqlikdirsə, buna görə hakim VAR-a çağırılmır”
“Oyun planlaşdırdığımız keçdi. Pressinq etmək əsas planlarımızdan idi. Oyun nəzarətimizdə keçdi. Standart vəziyyətlər rəqibin üstünlüklərindən biridir. Azlıqda qaldıqdan sonra hücumlarımız oldu. Lakin hesabı bərabərləşdirə bilmədik. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda (0:1) danışarkən deyib.
O, VAR-la bağlı bağlı anlaşılmazlıq olduğunu bildirib: “Əgər epizod sarı vərəqlikdirsə, buna görə hakim VAR-a çağırılmır. VAR-da gündə bir qərar çıxır. Bəlkə də belə qərar var, biz bilmirik? Bilmirəm. VAR-la bağlı çox suallar, qaydalar var. Bu gün ofsaytdan sonra nə üçün hakim VAR-a çağırıldığını bilmirəm”.
Sadıqov komandasının hədəfləri barədə bunları söyləyib: “Bizim hədəfimiz Konfrans Liqasına qatılmaqdır. “Qarabağ”, “Neftçi” böyük komandalardır. Əsas məqsəd dördlüyə düşməkdir. Biz risk etməyə məcburuq. Oyundan qabaq qələbəyə köklənmişdik. Amma olmadı. Dördüncü yeri qoruyub saxlamalıyıq”.
“Zirə”nin çalışdırıcısı komandasının qış fasiləsindən sonrakı çıxışına da toxunub: “Sumqayıt”la oyunda da, bu matçda da komandamdan razı qaldım. Bu gün balanslaşdırılmış oyun gedirdi. Rəqib künc zərbəsindən sonra fərqləndi. Məğlubiyyətə baxmayaraq, yolumuza davam edirik. Gələn il komandamız rəqabətə daha da hazırlıqlı olacaq. Üçlüyə düşmək asan deyil”.
Rəşad Sadıqov qırmızı vərəqə epizodunu belə şərh edib: “Ehtiyatsızlıq ucbatından qırmızı vərəqə aldıq. Bu epizod nizam-intizamla bağlı deyildi. Digər epizodlarda birə-bir mübarizə gedirdi. Bir çox oyunlarda azlıqda qalırıq. Bu məni üzür. Buna baxmayaraq, komandam bu hallarda da sona qədər mübarizə aparır”.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























