1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

Tərlan Əhmədov üçün yubiley

Azərbaycan Premyer Liqasının XIX turu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub. 

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” ilə Gəncədəki 2:2 hesablı heç-heçə 52 yaşlı mütəxəssisin ölkə çempionatında 50-ci bərabərliyi olub.

O, baş məşqçi kimi 4 klubda çalışıb. Əhmədovun rəhbərliyi altında 2014-17-ci illərdə AZAL 31, 2017/18 mövsümündə “Neftçi” 3 heç-heçə edib. 2018-20-ci illərdə “Şamaxı”da 9 bərabərliyə şahid olan mütəxəssis cari mövsüm “Kəpəz”də 7-ci heç-heçəni izləyib.

Əhmədov Azərbaycan çempionatları tarixində 50 və daha çox qarşılaşmada komandası bir xal qazanan 8-ci baş məşqçidir. Ən çox sülh Qurban Qurbanovun hesabındadır. Onun komandaları 111 dəfə meydandan bir xalla ayrılıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31