12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Bakı" "Qarabağ"la oyunun hazırlıqlarını tamamladı

Ötən tur “Sumqayıt” üzərində 1:0 hesabı ilə qələbə qazanan “Bakı” sabah 9-cu tur çərçivəsində “Qarabağ”ın qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, komanda artıq oyunöncəsi son məşqini də keçirib. Səhər saat 11:00-da isinmə hərəkətləri ilə başlayan hazırlıq daha sonra toplu çalışmalarla davam edib. Ardından kiçik qruplara bölünən futbolçular qısa ötürmələr üzərində çalışıb. Fiziki hazırlığı yaddan çıxartmayan baş məşqçi Milinko Pantiç yetirmələrinə düzülmüş maneələrdən sürətli keçmək tapşırığını da verib. Saatyarım sürən məşqin son bölümü uzun ötürmələr, qapıya asmalar və ikili hücumlarla başa çatıb.

Ancaq hələ də Elvin Əliyevlə Vüqar Mustafayev kollektivdən ayrı çalışır. Ambulator müalicə alan Mario Rubio isə məşqdə iştirak etməyib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30