Ölkə futbolu
İntizam Komitəsinin sədri: “Coşqun Diniyevə verilən 2-ci cəza ləğv olunub”
AFFA İntizam Komitəsi (İK) "Zirə"nin futbolçusu Coşqun Diniyev verilmiş 2 oyunluq cəzanı yüngülləşdirib.
Futbolxeber.az saytının məlumatına görə, yarımmüdafiəçinin 2 oyunluq cəzası 1-ə endirilib. Bundan əvvəl İntizam Komitəsi Diniyevi "Sabah"la matçın 84-cü dəqiqəsindən ikinci xəbərdarlığı alaraq meydandan kənarlaşdırıldığı üçün 1, daha sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün isə əlavə 1 oyunluq (ümumilikdə 2) cəzalandırmışdı. Klub isə 2400 min manat məbləğində cərimə olunmuşdu.
Lakin yeni qərara görə, Coşqun Diniyev ümumilikdə 1 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Stadiondakı əmlaka Coşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcək.
Maraqlıdır, “Zirə”nin yarımmüdafiəçisinə verilən cəzalardan hansı ləğv olunub? Qırmızı vərəqəyə görə, yoxsa şüşəni sındırdığı üçün verilən 1 oyunluq cəza? Çünki Diniyevə göstərilən qırmızı vərəqə heç də birmənalı qarşılanmamışdı. Hakimin futbolçuya ikinci sarı vərəqəni göstərməsi həddindən artıq sərt qərar kimi qəbul olunurdu. Elə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da futbolçusuna göstərilən ikinci sarı vərəqənin ağır qərar olduğunu bildirib: “2 il əvvəl “Qəbələ” ilə avrokuboklar baxımından həlledici oyunda bir epizod var idi. Həmin vaxt baş hakim rəqib futbolçu Omar Haniyə ikinci sarı vərəqəni göstərmədi. Halbuki həmin epizodda kosmosdan da görünürdü ki, sarı vərəqədi. Hakimdən səbəbini soruşanda dedilər ki, həmin epizod üçün ikinci sarı vərəqə çox ağır qərardı. Məgər futbolda belə şey var? Bəs “Sabah”la oyunda Coşqun Diniyevə göstərilən sarı vərəqə o epizod üçün ağır deyildi?”
Məsələyə aydınlıq gətirmək üçün AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova müraciət etdik. E.Hüseynov Futbolxeber.az saytına açıqlamasında Coşqun Diniyevə verilən 2-ci cəzanın ləğv olunduğunu bildirdi:
“Bildiyiniz kimi, Coşqun Diniyevə İntizam Komitəsi tərəfindən 2 oyunluq cəza verilmişdi. Sonradan klub tərəfindən apellyasiyaya müraciət olundu və biz qərara yenidən baxdıq. Əsasnamənin 33-cü maddəsindən qeyd olunur ki, futbolçuya 1-dən artıq cəza verilibsə, bu məsələyə yenidən baxıla bilər. Əgər futbolçu barədə çıxardılan qərar yüngülləşdirilərsə, bu zaman daha sərt olan qərar qüvvədə qalır. Biz də komitə olaraq bu məsələni yenidən müzakirəyə çıxardıq və yekun qərar belə oldu ki, futbolçunun cəzası 1 oyuna endirilsin. Diniyevin stadionun giriş qapısının şüşəsini sındırdığı üçün əlavə 1 oyunluq cəzası ləğv olundu. Amma klubun 2400 min manat məbləğində cəriməsi barədə qərar dəyişməz olaraq qaldı”.
“Futbolçuya verilən ikinci deyil, birinci qərar ləğv olunsaydı, hakimin səhv etməsi təsdiqini tapardı” fikri ilə bağlı Erkin Hüseynov bunları söylədi: “AFFA Hakimlər Komitəsinin sədri bununla bağlı açıqlamasında bildirib ki, “mən olsaydım, həmin epizodda ikinci sarı vərəqəni göstərməzdim”. Görünür, bu fikrə görə çoxları hakimin səhv etdiyini düşünür. Amma hakimin qərarını heç kim ləğv edə bilməz. Bu, Almaniyada da belədir, Azərbaycanda da, İngiltərə də. 1986-cı ildə dünya çempionatında Maradona əllə qol vurdu. Bütün dünya gördü ki, hakim orda səhv etdi. Lakin heç bir qərar dəyişmədi. Ona görə hakimləri də anlamaq lazımdı. Onlar da insandılar”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Berdiyev məğlubiyyəti şərh etdi
- Millimiz Çexiyaya məğlub oldu
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
15.11.2026
14.11.2026
13.11.2026
























