Ölkə futbolu
Syominin "Neftçi"yə qarşı 22-ci dueli
Azərbaycan Premyer Liqasının IX turu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin üçün “Neftçi” ilə duellə əlamətdar olacaq. Futbolxeber.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis Azərbaycanda ən yaxşı tanıdığı rəqiblə görüşəcək. “Qırmızı-qaralar”ın rusiyalı çalışdırıcısı karyerası ərzində dəfələrlə Bakı təmsilçisi ilə görüşüb. Təcrübəli mütəxəssis zəngin karyerası ərzində həm futbolçu, həm də baş məşqçi kimi “ağ-qaralar”la duelə çıxıb.
Syominin karyerasını vərəqlədikdə onun rəsmi oyunlarda 21 dəfə “Neftçi” ilə qarşılaşdığını görmək mümkündür. 22-ci duel ərəfəsində əvvəlki qarşılaşmaları xatırlamaq maraqlı olar.
Sonuncu belə görüşü yəqin ki, kifayət qədər xatırlayan tapılar. 2005-ci ildə tarixində ilk dəfə “Birlik kuboku”nda finala çıxan “Neftçi” həlledici qarşılaşmada Syominin başçılıq etdiyi Rusiya “Lokomotiv”i ilə görüşdü. Moskva futbolçuları 2:1 hesabı ilə qalib gələrək bakılıların kubok qazanmasına imkan vermədi. 2005-ci il yanvarın 23-də baş tutan matçın iştirakçılarından yalnız Rəşad Sadiqov indi də “Neftçi”nin sıralarındadır. O indi komandanın kapitanıdır. Bu matç Syominin müstəqillik dönəmində “Neftçi” ilə yeganə qarşılaşmasıdır. Digər oyunlar isə SSRİ vaxtına təsadüf edib.
Syomin baş məşqçi kimi “Neftçi” qarşısına ilk dəfə 1982-ci ildə çıxıb. Həmin ilin sentyabrında çalışdırıcılıq karyerasına start verən 35 yaşlı gənc mütəxəssis futbolçu kimi son illərini keçirdiyi Krasnodar “Kuban”ını güclülər dəstəsini tərk etməkdən xilas etməli idi. Artıq noyabrın 11-də Syomin və komandası Bakının qonağı idi. Güclülər dəstəsini tərk etmək təhlükəsi ilə üz-üzə qalan Krasnodar klubu 3:2 hesablı səfər qələbəsi qazandı.
Növbəti 3 ili “Pamir”də çalışan rusiyalının yolları rəsmi matçlarda “Neftçi” ilə kəsişməyib. 1986-cı ildə Moskva “Lokomotiv”inə baş məşqçi təyin olunan Syomin 1990-cı ilə qədər burada çalışıb. Bu müddətdə “dəmiryolçular” 4 dəfə “Neftçi” ilə üz-üzə gəlib.
1988-ci ildə güclülər dəstəsində çıxış edən Syominin yetirmələri Moskvada 1:0 hesabı ilə qalib gəlib, Bakıdan 1 xalla qayıdıb - 1:1. 1990-cı ildə isə artıq hər 2 komanda I dəstədə çıxış edirdi. Syominin komandası Moskvada 2:1 hesabı ilə qalib gəlməyi bacardı. 23 il əvvəl aprelin 20-də baş tutan qarşılaşma həm də onunla əlamətdar oldu ki, “Lokomotiv” stadionuna çıxan “Neftçi”nin heyətində gənc müdafiəçi Tərlan Əhmədov da var idi. Tərlan Əhmədov bu dəfə “Neftçi”nin baş məşqçisi kimi Syominə rəqib olacaq. Bu onların Əhmədov “Neftçi”də olan vaxt hələlik yeganə görüşü idi. Əhmədovun meydana çıxmadığı II dövrənin Bakıdakı oyununda isə heç-heçə qeydə alınıb – 0:0.
Bir sözlə, Syomin baş məşqçi karyerası ərzində 6 dəfə üz-üzə gəldiyi “Neftçi”yə heç vaxt uduzmayıb: 4 qələbə və 2 heç-heçə.
Bunadək isə futbolçu Syomin “Neftçi” ilə yaxından tanış olub. SSRİ çempionatları və kubokuna nəzər saldıqda onların dəfələrlə qarşılaşdığının şahidi olmaq mümkündür. Moskva klublarımdan 1 dəfə “Spartak”, 9 dəfə “Dinamo”, 2 dəfə “Lokomotiv”lə “neftçilər”ə rəqib olan Syomin 1 dəfə “Kayrat”, 2 dəfə “Kuban”ın formasında bakılılara rəqib olub. Bu 15 qarşılaşmada 3 qol vuran yarımmüdafiəçinin komandaları 5 dəfə qalib gəlib, 6 heç-heçə edib. “Neftçi” isə 4 dəfə qələbəyə sevinib.
47 il əvvəl 1966-cı ildə 19 yaşlı gənc futbolçu Moskva “Spartak”ı ilə ilk dəfə Bakının qonağı olub. Həmin vaxt mövsümün son turunda bürünc medalların taleyinin həll edildiyi qarşılaşmada Anatoli Banişevski və yoldaşlarının qarşısını almaq mümkün olmayıb - 3:0. Bu oyun onun 1965-67-ci illərdə oynadığı paytaxt klubunda “Neftçi”yə qarşı yeganə dueli idi.
1968-71-ci illərdə Moskvanın digər klubu “Dinamo”da çıxış edən Syomin “ağ-qaralar”a qənim kəsilib. Həmin illərdə hətta hücumçu kimi də çıxış edən rusiyalı “ağ-qaralar”la matçlarda 3 dəfə qol sevinci yaşayıb. 1968-ci ildə Bakıda meydana çıxmayan Syomin Moskvadakı qolsuz heç-heçənin iştirakçısı olub. 1969-cu ildə Bakıda 1:2 hesablı məğlubiyyətin üzüntüsünü yaşayan “dinamo”çu Rusiyada 2:2 hesabı ilə bitən qarşılaşmada da meydanda olub. Özü də Syomin komandasının 2-ci qolunu vurub hesabı 2:0 etsə də, bakılılar bərabərliyə nail olub.
Əvəzində 1969-cu ildə kubokun 1/16 finalında Syominin erkən qolu ilə hesabı açan “Dinamo” qalib gələrək (2:0) mərhələ adlayıb. 1970-ci ildə isə Moskva təmsilçisi Bakıda 2:1, Moskvada 2:0 hesabı ilə qələbəyə sevinib. II dövrədəki matçda qol sevinci yaşayan Syomin bakılıların qapısına 3-cü dəfə yol tapıb.
1971-ci ildə “Dinamo” ilə “Neftçi” 4 dəfə üz-üzə gəlib. Kubokda səfərdə 2, Bakıda 4 cavabsız qol vuran “Neftçi” Syominin komandasını 2 dəfə məğlub edib. Çempionatda isə qarşılaşmalar “sülh”lə bitib. Lakin Syomin yalnız qolsuz başa çatan 2-ci matçın iştirakçısı olub.
Növbəti 2 ildə “Kayrat”da çıxış edən Syomin 1 görüşdə “Neftçi”yə qarşı forma geyib. 1972-ci ilin II dövrəsindəki oyunda Qazaxıstan təmsilçisi öz meydanında qalib gəlib - 1:0. 1975-77-ci illərdə “Lokomotiv”in şərəfini qoruyan yarımmüdafiəçi 2 dəfə Bakı təmsilçisi ilə görüşüb. 1977-ci ildə güclülər dəstəsində baş tutan hər 2 qarşılaşma onun iştirakı ilə keçirilib və qolsuz başa çatıb.
1978-80-ci illərdə futbolçu karyerasının son illərini “Kuban”da keçirən Syomin daha 2 dəfə “Neftçi”yə rəqib olub. 1980-ci ildə baş tutan hər 2 görüşdə hesabı “Neftçi”nin futbolçusu İqor Ponomaryov açıb. Lakin Syominin meydanda olduğu komanda Krasnodarda 2 qol vurub qalib gəlməyi, Bakıda isə tarazlığa (1:1) nail olmağı bacarır.
gabalafc.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
-
01:00
Azərbaycan - San Marino - 2:1 FOTOLENT
-
00:46
Ayxan Abbasov: “Daha çox qol vura bilərdik”
-
23:57
Millimiz San Marinonu məğlub etdi
-
23:49
Qadınlarımız yığmamız Şimali Makedoniyanı üstələdi
-
22:35
"Turan Tovuz"dan ilk transfer
-
21:22
"Zirə" Anatoli Nuriyev ilə yolları ayırdı
-
21:10
“Qarabağ”ın hazırlıq planı bəlli oldu
-
20:53
"Şamaxı"dan yeni transfer
-
20:06
U-21 millimiz Qırğızıstanın U-20 yığmasına məğlub oldu
-
19:38
U-20 yığmamız Pakistana qalib gəldi
-
18:44
U-17 millimiz Qazaxıstana uduzdu
-
18:27
Azərbaycan boks tarixində ilk
-
17:51
Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verib
-
17:39
Türkiyə klubunda ayrılıq
-
17:15
"Şəfa" üç futbolçu ilə yolları ayırdı
-
17:00
Rafinya Ronaldo ilə bir klubda?
-
16:42
"Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
-
16:26
Azərbaycanın güləş hakimləri dünya çempionatında iş başında olacaqlar
-
15:53
Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
-
15:34
Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
-
15:18
“Barselona”nın yarımmüdafiəçisi Premyer Liqa klublarının hədəfində
-
15:07
Dünya Millətlər Kubokuna 13 boksçumuz qatılacaq
-
14:49
Azərbaycanın qadın güləşçiləri yeni antidopinq qaydaları ilə tanış olublar
-
14:31
Millimizin futbolçusu müalicə üçün Madridə yollanıb
-
13:55
DÇ-2026: Açılış oyununun hakimləri müəyyənləşdi
-
13:20
“Real” fransız futbolçu üçün 200 milyon avro ödəməyə hazırdır
-
12:42
Üç klub Qakponu heyətində görmək istəyir
-
12:16
Alessandro Nestanın yeni iş yeri müəyyənləşdi
-
12:03
Azərbaycanın akademik avarçəkənləri Dünya Kubokunun ikinci mərhələsində iştirak edəcəklər
-
11:38
"Şəfa"dan növbəti transfer
-
11:24
Niderland millisi Özbəkistanı çətinliklə məğlub etdi VİDEO
-
10:59
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:47
“Şahdağ Qusar”dan doğru seçim
-
09:31
Hacı Əliyev milliyə məşqçi təyin edilib
-
00:25
Təki “inamımız” “niyyətimiz” kimi puç olmasın...
-
21:48
Füzuli Məmmədovun yeni klubu müəyyənləşdi
-
20:54
“Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
20:35
“Şamaxı”nın hazırlıq planı bəlli oldu
-
20:00
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
-
19:19
Belarus klubu avrokubok oyunlarını Sumqayıtda keçirəcək
-
18:47
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
-
18:26
Modriç Messiyə çatdı
-
17:53
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
-
16:38
Kişi tennisçilərdən ibarət yığmamız "Davis Cup"da iştirak edəcək
-
16:14
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq
-
16:02
Gimnastlarımız Dünya Kuboku və AGF Trophy yarışlarında 8 medal qazanıblar
-
15:41
Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu VİDEO
-
15:25
Minifutbol millimizin zəfər turu FOTOLENT
-
14:59
MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
-
14:30
Millimizin baş məşqçisi Vyetnamda təlim keçib
10.06.2026
09.06.2026
08.06.2026























