Ölkə futbolu
Regekampf: "Müdafiə olunmaq hücum qurmaqdan daha asandır"
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə "Turan Tovuz"la qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis əvvəlcə qarşılaşma barədə fikirlərini bildirib.
- Oyuna yaxşı başladıq. Çalışdıq ki, rəqib üzərində təzyiq yaradaq. Amma sonluğu gətirə bilmirdik. Buna görə də oyunumuzu çətinləşdirirdik, topu ayağımızda çox saxlayırdıq. Oyuna sürətimizi, keyfiyyətimizi əlavə edə bilmirdik. Beləliklə, oyunu da rəqib üçün asanlaşdırdıq. Bizim üçün yaxşı oyun deyildi.
- "Qarabağ"ı çempionluq münasibətilə təbrik etmək olar?
- Hazırda çox danışmalı deyilik. Bunu meydanda göstərmək lazımdır. Sakitləşib yenidən bərpa olunaraq, titul uğrunda mübarizəyə davam etməliyik.
- Adınız "Styaua" ilə hallanır. Bu, nə dərəcədə doğrudur?
- Bu barədə deyiləsi bir şey yoxdur. "Neftçi" ilə iki illik müqaviləm var və işimə konsentrasiya olmuşam. Adım çox yerlərdə hallana bilər.
- Bundan əvvəl də Rumıniya millisi ilə adınız hallanırdı. Bu sizə olan tələbdən irəli gəlir, yoxsa işinizə konsentrasiya olmağınızı istəməyənlər var?
- Adımızın hallanması normaldır. Onlar da mediadır, sizin kimi jurnalistlərdir. Nə düşünürlər, nə istəyirlər, onu da yazırlar. Bu, mənim problemim deyil. Amma məndə bu barədə məlumat yoxdur.
- Bu gün qapıya bir zərbə də endirmədiniz. Belə rəqibə qarşı daha fərqli oynaya bilməzdiniz?
- Həftəboyu beşli müdafiəyə qarşı necə oynamalı olduğumuzu məşq edirdik. Komandanı rəqibə uyğun hazırlamağa çalışırdıq. Düşünürəm ki, erkən qol oyunu dəyişə bilərdi. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Qol axtarışında idik. Bunu edə bilmədiyimiz üçün rəqibə daha çox motivasiya verdik. matçın sonunda rəqibin 100 faizlik şansı oldu.
- Demək ki, rəqib baş məşqçi komandasını sizə qarşı daha yaxşı hazırlamışdı...
- Müdafiə olunmaq hücum qurmaqdan daha asandır. Oyuna kimin daha yaxşı hazırlaşdığını indi müzakirə edə bilmərik. Orta xəttdə sıxlıq yaratmağa çalışdıq. Hücumçumuz ucaboy deyil, bunu nəzərə almışdıq. Oyun üslubumuz belədir ki, sürətli hərəkət edib hücumlar quraq.
- Çempionluğa oynayan komandanın ehtiyat skamyası bu qədər kasad olmamalıdır. Bununla bağlı rəhbərliklə söhbət etmisiniz?
- Bəli, biz hər gün bu mövzu haqda rəhbərliklə söhbət edirik. Hazırda güclü komanda yaratmaq üçün prosses gedir. Bilirik ki, bir gün ərzində bunu əldə edə bilmərik. Müəyyən mövqelərə futbolçular təklif olunur, baxırıq. Komanda yerli oyunçularla da güclənməlidir. Yerli oyunçularımızın zədələnməsini də gözləmirdik. Uzunmüddətli zədəli olan oyunçumuz var. Ümidvaram ki, Eddi 3-4 həftədən sonra komandaya qayıdacaq.
- Qodsvoy Donyo qol vura bilmir. Onun indiki vəziyyəti sizi qane edir?
- Hücumçu qol vurmalıdır. Əminliklə deyə bilərəm ki, Donyo da öz oyunundan razı deyil. Kifayət qədər keyfiyyətli futbolçudur. Ümid edirik ki, yenidən qolları sıralayacaq. Ona inanırıq.
- Solomon Kvirkveliyanın əvəzlənərkən narazı olmasını bütün stadion gördü. Bu barədə fikriniz necədir?
- Sona 7-8 dəqiqə qalmışdı və hansısa müdafiəçini hücumçu ilə əvəzləməliydik. Solomonun narazı qalması üçün heç bir əsas yoxdur. Daha çox mübarizə aparmalı, öz üzərində çalışmalıdır ki, daim oynasın. Əminəm ki, heç bir problem də yoxdur.
- Sizcə, Emin Mahmudova istirahət verməli deyilsiniz?
- Ona necə istirahət verə bilərik? Peşəkar futbolçudur və 90 dəqiqə oynamalıdır. Milli komandanın və "Neftçi"nin kapitanıdır. Bu, yarışdır və bunu mən təşkil etmirəm. Bu, bizim işimizdir, hər gün görməliyik. Çünki futbola görə maaş alırıq. Ola bilsin, yorğundur. Üst-üstə oyunlar keçirir. İstirahət üçün vaxtı olmur. Emin kimi 10 oyunçumuz yoxdur. O da 3-4 gündən bir meydana çıxdığı üçün qürur hissi keçirməlidir. Sizə məlumat verim ki, Emin ən çox iş görən, ən çox qaçan oyunçumuzdur. Bəlkə də siz haqlısınız, Emin robot deyil, insandır və buna görə yorula bilər. Onun oyunundan razıyam.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























