5 Fevral 2026, Cümə axşamı
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Ölkə futbolu

"Qarabağ" Azərbaycan derbisində rekord müəyyənləşdirdi

“Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisində rekord qeydə alınıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib. Bu, Azərbaycan Premyer Liqasının 8-ci turunda rəsmiləşib. 3:1 hesablı qələbə qazanan “Qarabağ” ardıcıl 5-ci dəfə “Neftçi”ni xalsız qoyub.

Qurban Qurbanovun komandası ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. “Ağ-qaralar” sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xal əldə edib.

1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. “Qarabağ” 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirib. 2015/16 mövsümünün son iki duelində 2:0 və 2:1 hesabı ilə qələbə qazanan ağdamlılar seriyasını növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.

Qeyd edək ki, “Qarabağ”la “Neftçi” ölkə çempionatlarında 88 dəfə qarşılaşıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28