12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Neftçi” Almaniyada “Gold” qrupunda 10-cu oldu

Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “VW Wolf Herbst CUP” turnirinə yekun vurulub. 

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi” PFK-nın U-11 komandası yarışın ikinci günündə 6 komandalı qrupda son üç oyununu keçirib. Baş məşqçi Mahmud Əhmədovun yetirmələri Almaniyanın “Hessen Kassel” (0:1) və “Ayntraxt Dortmund” (3:4) klublarına məğlub olsalar da, “Ratingen”ə qalib gələrək (2:1) “Gold” qrupunda 12 komanda arasında 10-cu yeri tutublar.

Qeyd edək ki, yarışın ilk günündə Almaniya “Vuppeltaler”inə 4:1 hesabı ilə qalib gələn “Neftçi” bu ölkənin “Ratingen” (0:2), “Hannover” (1:2) və Belçikanın “Eupen” (2:6) klublarına məğlub olaraq “C” qrupunda 5 komanda arasında 4-cü yeri tutmuş, bununla da səviyyəcə “Champions”dan sonra ikinci olan “Gold” qrupunda mübarizə aparmaq hüququ qazanmışdı. Burada isə “Hamburq”a 0:3 hesabı ilə uduzan U-11 komandası Almaniyanın başqa bir klubu “Paderborn”a 2:1 hesabı ilə qalib gəlmişdi.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30