1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

“Neftçi” Almaniyadakı ilk gündə iki qələbə qazandı

“Neftçi” PFK-nın U-11 komandası Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “VW Wolf Herbst CUP” turnirinə start verib. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yarışın ilk günündə Almaniya “Vuppeltaler”inə 4:1 hesabı ilə qalib gələn baş məşqçi Mahmud Əhmədovun yetirmələri bu ölkənin “Ratingen” (0:2), “Hannover” (1:2) və Belçikanın “Eupen” (2:6) klublarına məğlub olaraq “C” qrupunda 5 komanda arasında 4-cü yeri tutub.

Bununla da, “ağ-qaralar” 6 komandalı 4-cü qrupda mübarizə aparmaq hüququ qazanıb. “Hamburq”a 0:3 hesabı ilə uduzan U-11 komandası Almaniyanın başqa bir klubu “Paderborn”a 2:1 hesabı ilə qalib gəlib.

“Neftçi” qrupun digər oyunları çərçivəsində oktyabrın 2-də “Hessen Kassel”, “Ayntraxt Dortmund” və “Ratingen” klubları ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30