13 Avqust 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya qarşı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da

Ölkə futbolu

Eddi İsrafilov: "Layiqli qələbə qazandılar"

"Oyun 90 dəqiqə oynanılır, məğlub olduq. Sonadək rəqib oyuna köklənmişdi. Mübarizə aparıb 3 qol vuraraq qələbə qazandılar. Rəqibi təbrik edirəm, yaxşı heyətə malikdirlər. Keyfiyyətli oyunçuları var. Layiqli qələbə qazandılar. İlk hissədə daha çox qol vura bilərdik. Amma bunu bacara bilmədik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Eddi İsrafilov Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, komandada yorğunluq olması ilə bağlı suala belə cavab verib: "Mən oyunun içindəyəm. Siz kənardan müşahidə edirsiniz.  Bəlkə mən fərqli görə bilərəm, bəlkə də siz fərqli görürsünüz".

E.İsrafilov bildirib ki,  çempionatın hələ başlanğıcıdır.: "Qarşıda bizi daha çox matç gözləyir. Çempionat bir oyundan asılı deyil. Biz çalışıb hər oyunda qələbə qazanacağıq. Kimin çempion olacağı sonda müəyyənləşəcək".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31