Ölkə futbolu
Mahmud Qurbanov: "Azlıqda qalmağımız bizi çətin vəziyyətə saldı"
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, Qurbanov əvvəlcə oyun haqda fikirlərini açıqlayıb:
- Oyuna yaxşı başlamışdıq. Epizodlarda rəqibdən üstün idik. Qələbə qazanmaq istəyirdik. Çünki qələbəyə ehtiyacımız var idi. Birinci hissənin sonunda azlıqda qalmağımız bizi çətin vəziyyətə saldı. İkinci hissədə azlıqda olmağımıza baxmayaraq, komanda istəkli idi. Heç də oyundan qopmadıq. Meydanda bir nəfər az olmağımız hiss olunmadı. Hesabı bərabərləşdirə bildik. İkinci qolu da vura bilərdik. Əfsuslar olsun ki, fərdi olaraq qərarlarımız düzgün deyildi. Matçın sonunda qol buraxmaq əlbəttə ki, üzücüdür. Yaxşı mübarizə apardıq. Amma rəqib daha təcrübəli idi. Əllərinə düşən imkanlardan istifadə etdilər. Son dəqiqələrdə meydanın mərkəzində top itirmək haqqımız yox idi. Həmin hücum da qapımızda qolla nəticələndi. Amma komanda şəklində oyunçulardan razıyıq. Məğlub olmağı istəməzdik. Heç-heçə ən yaxşı nəticə olardı. Təəssüf ki, olmadı.
- Bir neçə futbolçunu əvəzedici heyətə göndərmisiz. Bunun səbəbi nədir?
- Kardoza, Ədilxan və Kizitonu B komandaya göndərdik. Orada oynadılar. Bu gün də heyətdə yox idilər. Futbolçular özlərindən əvvəl komandanın nəticələrini düşünməlidirlər. Bizim üçün yerli və ya legionerin fərqi yoxdur. Komandaya xeyir vermək lazımdır. Əgər xeyirləri dəymirsə, əvəzedici komandada oynayacaqlar.
- Qırmızı vərəqədən sonra Cabir Əmirli müdafiənin mərkəzində oynadı və pis təsir bağışlamadı. Gələcək oyunlarda ona bu mövqedə şans verməyi düşünürsüz?
- Müdafiənin mərkəzində boşluqlar var. Bəli, Cabir yaxşı oynadı. Heç də Qustavo və Kardozodan pis deyildi. Nihad Qurbanlının da əsas heyətdə ilk rəsmi oyunu idi. Onun da yaxşı çıxış elədiyini düşünürəm. İnamlı, cəsarətli idi. İlk oyunu olmasına baxmayaraq, qorxmadı. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edək. Müdafiənin mərkəzində kimin oynayacağına baxacağıq. Amma Qustavo dəqiq oynamayacaq. Çünki qırmızı vərəqə aldı.
- Bir mərkəz müdafiəçisi əvəzedici heyətə göndərilib, digəri isə qırmızı vərəqə alıb komandanı pis vəziyyətdə qoydu. Bunu necə şərh edərdiniz?
- Bunun şərhi yoxdur. Bilərəkdən elədiyini deməzdim. Hər ikisi təcrübəlidir, gənc deyillər. Biri Argentina Premyer Liqasında, biri isə Portuqaliya I Divizionunda oynayıb. Onlar öz təcrübələri ilə müdafiənin mərkəzini toxunulmaz saxlamalıdırlar. Əfsuslar olsun ki, bunu görmürük. Görünür hardasa çatışmazlıqları var. Çalışacağıq ki, növbəti oyunlarda daha qəti qərarlar verək. Gələn oyunlarda müdafiənin mərkəzində dəyişikliklər ola bilər.
- Bəzi əsas heyət oyunçuları ehtiyatda idi. Bunun səbəbi nədir?
- Bizdə əsas heyət, ehtiyat heyət yoxdur. Bu gün meydanda olan futbolçuların yaxşı olduğunu düşündüm. Franko Mazurekin 3-4 gün əvvəl qızdırması var idi. Bir məşqdə iştirak etmədi. İkinci hissədə meydana buraxmaq istəyirdik. Amma qırmızı vərəqə planlarımızı pozdu.
- Mirabdulla Abbasovun faydalı iş əmsalı sizin fikrinizcə nə qədərdir?
- Mirabdullanın bir ildir ki, oyun praktikası yoxdur. Şans vermək istəyirik. Yerli futbolçudur. Futbolçunu itirmək asandır. İstəyirik ki, özünü sübut etsin ki, onu unutmaq hələ tezdir. İş əmsalına gəldikdə futbolçuların qərarları düzgün deyil. Mirabdullanın düzgün qərar verməməsi qapımıza ikinci qolla nəticələndi.
- Komanda qol vəziyyətləri yaratmaqda da çətinlik çəkir. Bunun səbəbi nədir?
- Hücumda zəiflik olduğunu deməzdim. Hər oyunda qol epizodlarımız olur. Sadəcə istifadə edə bilmirik. Qol vəziyyəti yarada bilirik, amma sonuncu ötürmədə qərarlar düzgün olmadığından yararlana bilmirik. Hücum xəttimiz pis deyil.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























