3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Qarabağ”a qarşı daha aqressiv və inamlı oynamalı idik”

"Konsentrasiya ilə bağlı problem yaşadıq və bunun bədəlini ödədik".

Futbolxeber.az saytının məlumatına görə, bunu Fransa "Nant"ının futbolçusu Samüel Mutussami Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi müdafiədə kobud səhvlərə yol verdiklərini bildirib: "Halbuki daha aqressiv və inamlı oynamalı idik. Çox qol buraxırıqsa və bunu həll edə bilmiriksə, deməli, həmişə belə olacaq".

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31