Ölkə futbolu
Riçard Almeyda "Almaniyaya gəzinti üçün gəlməmişik"
"Qarabağ"ın futbolçusu Riçard Almeydanın müsahibəsi
- Sentyabrın 8-də UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununuzu keçirəcəksiniz. "Frayburq"la səfər matçında hansı nəticəyə ümid edirsiniz?
- Almaniya təmsilçilərinin necə mübarizə aparmaları, oynamaları və intizamlı olmaları hamıya məlumdur. Bu qarşılaşmaya ciddi yanaşırıq. Bizi çox çətin matç gözləyir. Almaniyaya sadəcə, gəzinti üçün gəlməmişik. Komandada hər kəs diqqətini bu görüşə yönəldib. Tamamilə bu matça fokuslanmışıq. Həftə ərzində lazım olan məşqləri etmişik. Məşqlərdə işlədiklərimizi bu oyunda reallaşdırmağa və Bakıya pozitiv nəticə ilə qayıtmağa çalışacağıq.
- Bundesliqanın hazırkı liderinə qarşı mübarizə aparacaqsınız. Rəqibi nəyin hesabına büdrədə bilərsiniz?
- Bu matçda ortaya xarakter qoymalıyıq. Rəqibdən qətiyyən çəkinməməli və inamlı olmalıyıq. "Frayburq"un Almaniya komandası olduğunu və Bundesliqada birinci yerdə getdiyini başa düşürük. Rəqibin Fransa və ya Yunanıstan təmsilçisi olmasının da fərqi yoxdur. Artıq bu mövsüm Polşa, İsveçrə, Macarıstan və Çexiya çempionları ilə üz-üzə gəlmişik və xarakter göstərmişik. Bu görüşdə də bütün bacarığımızı ortaya qoymaq niyyətindəyik. Rəqib Bundesliqanın lideri ola bilər. Biz də dəfələrlə öz çempionatımızın lideri kimi bir çox komandalara qarşı mübarizə aparmışıq. Yəni, bu amil heç nəyi dəyişmir.
- "Qarabağ" bu həftə UEFA Çempionlar Liqasının qrup mərhələsində də çıxış edə bilərdi. Çexiyada "Viktoriya" (Plzen) komandasına məğlubiyyət artıq unudulub?
- Keçmişi geri qaytarmaq və dəyişmək əlimizdə deyil. Bu, mümkünsüzdür. Sanki Allah bizim üçün bu yol cızmışdı ki, UEFA Avropa Liqasında mübarizə aparaq. Növbəti mövsüm Çempionlar Liqasının qrupunda oynaya bilərik. Niyə də olmasın?! Bu il üçün Allahın bizə bu turnirdə hansı sürprizlər, hansı macəralar hazırladığını bilmirik. Bu yol cızılıbsa, plan üzrə hərəkət etməliyik.
- Qrupda Yunanıstanın "Olimpiakos" və Fransanın "Nant" komandaları da yer alıb. Həmin rəqibləri necə dəyərləndirərdiniz?
- Biz də özümüzü kifayət qədər səviyyəli komanda hesab edirik. Bu qrupa düşmək üçün müəyyən yollar qət etmişik. Heyətimizdə səviyyəli oyunçular var, yaxşı baş məşqçiyə sahibik. Nəyə görə özümüzü onlardan əskik hesab etməliyik? Artıq "Qarabağ"ın adına Avropada hörmətlə yanaşırlar. Hətta "Olimpiakos"un qapıçısı Tomaş Vatslik püşkatmadan sonra bizimlə oynamaq istəmədiyini söyləmişdi. Bu, artıq o deməkdir ki, bizi sayır, hörmət edir və rəqib kimi ciddi yanaşırlar. Bu həm də ölkə üçün bir şansdır. Avropada Azərbaycan futbolunun inkişaf etdiyini görürlər. Biz avrokuboklarda mümkün qədər irəli getmək istəyirik. Niyə də olmasın?!
- İbrahim Vadji Fransanın "Sent-Etyen" klubuna transfer olunub. Bu barədə nə deyə bilərsiniz?
- Vadji çox yaxşı futbolçudur. Buradək gəlməyimizdə onun da əməyi var. Vurduğu qollarla komandaya çox köməklik edib. Onun kimi oyunçunun getməsinə üzüldük.
- "Qarabağ"da hazırkı hücum xəttinin potensialını necə görürsünüz?
- Heyətdə Vadjini əvəzləyə biləcək futbolçular var. Onlara inanmalı, komanda yoldaşı olaraq inam verməliyik. Klubumuz heyəti gücləndirmək üçün əlindən gələni edir. İstənilən halda, biz ailə, kollektivik. Kimliyindən asılı olmayaraq, meydana kim çıxacaqsa, kim oynayacaqsa, həmin futbolçulara dəstək verməliyik ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
03.11.2026
02.11.2026
























