6 May 2026, Çərşənbə
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

“Neftçi”, “Qarabağ” və “Qəbələ”ni azarkeşləri xərcə saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, 26.08.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” - “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunub.

Həmin oyunda meydana kənar şəxslər daxil olduğu üçün “Neftçi” 1600 manat cərimə olunub.

27.08.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” - “Şamaxı” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

28.08.2022-ci il tarixində Azərbaycam Premyer Liqasının IV turunun “Qəbələ” - “Sabah” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 

Oyun zamanı “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31