3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Yaşar Vahabzadə: "Futbolçuların fərdi səhvlərindən sonra qolları buraxdıq"

“Oyunla bağlı onu deyə bilərəm ki, futbolçuların fərdi səhvlərindən sonra qolları buraxdıq. Rəqibin oyununa baxıb təhlil etmişdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Premyer Liqanın 3-cü turunda "Qəbələ" ilə matçdan sonra mətbuat konfrnasında deyib.

O, 0:3 hesablı məğlubiyyəti belə şərh edib: "Futbolçulara tapşırıqlar vermişdik və onlar bunu meydançada yerinə yetirməli idilər. Elə epizodlar oldu ki, dəqiq oynamadılar. Nəticədə qapımızda qollar gördük. Demək olmaz ki, biz tam müdafiə olunduq və ya müdafiədən çıxa bilmirdik. Hücumda da aktiv idik, epizodlar yaratdıq. Hansı ki həmin epizodları dəyərləndirə bilmədik".

Y.Vahabzadə "Üç oyunun hamısında məğlub olmusunuz, nə qədər dözə biləcəksiz" sualını belə cavablandrıb: "Ardıcıl üç turda çətin rəqiblərlə qarşılaşdıq. Hər üç komanda da avrokuboklarda çıxış edirdi. İstər-istəməz rəqiblərimizin hazırlıqları daha yaxşıdır, heyətindəki futbolçular daha keyfiyyətlidir. Biz isə yeni formalaşmış komandayıq. Futbolçular ilk dəfədir ki, birlikdə oynayır. Bəlkə də vaxt lazımdır. Dözmək məsələsinə gəlincə, vallah, bilmirəm bu suala necə cavab verim".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31