Ölkə futbolu
Qurban Qurbanov: "Bu, mənə və futbolçularıma böyük məsuliyyət verir"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə ev oyunu öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə sabahkı görüşlə bağlı fikirlərini bildirib.
- Çempionlar Liqasının qrupuna düşməyimiz üçün son sınağımızdır. Fərqli komandalara qarşı oynadıq. Bu komanda digərlərindən tam fərqlənir. Çexiya futbolunu hər zaman oyun intizamına görə digərlərindən fərqləndirmişəm. Oyunlarına baxırıq, sevə-sevə verilən tapşırıqları yerinə yetirirlər. Atletik futbol öndədir. Fiziki göstəriciləri üstün olan futbolçuları var. Hər bir halda biz bu cür komandalara qarşı oynamışıq. Böyük ehtimalla, bu oyunda daha çox güc sərfəli etməli olacağıq. Futbolçularım həm Bakıda, həm də Plzendə çox dözümlü olmalıdılar. İnanıram ki, bunu bacaracaqlar. Çalışacağıq ki, son sınaqdan faydalı istifadə edək və azarkeşlərimizi yaxşı oyunla, mübarizə ilə sevindirək. Hiss olunur ki, oyuna maraq çox böyükdür. Vəzifəmiz azarkeşlərimizin inamını qoruyub saxlamaqdır. Futbolçularımla birlikdə daha möhkəm kollektiv olmağa çalışırıq. İnanıram ki, azarkeşlərimizi razı sala biləcəyik.
- 6 il əvvəl də "Viktoriya" ilə qarşılaşmışdınız. Bu müddətdə "Qarabağ" və Qurban Qurbanovda hansı dəyişikliklər olub?
- Bəli, bu komanda ilə oynamışıq və mərhələ adlayan tərəf onlar olmuşdu. Yaxşı xatırlayırıq, çox qol imkanlarımız yaranmışdı. Amma onlar ələ düşən imkandan yararlanaraq qol vurdular. Hər oyun mənim və komandam üçün böyük addımdır. İldən-ilə təcrübəmiz artır. Amma yenə də hamımız üçün çox azdır. Daha çox təcrübə toplamalıyıq. Böyük təcrübə də belə oyunlarda qazanılır. Çempionlar Liqasında gərginlik, həyəcan digərlərindən çox olur. Azarkeşlər də istəyirlər ki, komandamız qrupda yer alsın. Bu da məsuliyyətimizi artırır. Belədə həyəcan da çox olur. Əvvəlki illərə nisbətən daha soyuqqanlı davranırıq və təcrübəmiz hiss olunur.
- "Qarabağ" əvvəl uduzduğumuz komandalarla oyunlarda sanki sindromu qırıb. İndiyə qədər heç bir komandamız Çexiya klubuna qalib gələ bilməyib. Özünüzü bu sindromu da qırmağa hazır hesab edirsiz?
- Bu il gərgin oyunlarımız çox oldu. İlk turdan Polşa, İsveçrə daha sonra Macarıstan çempionu ilə qarşılaşdıq. Bizə həmişə yuxarıdan aşağı baxıblar düşüncəsində olmaq istəmirəm. Ümumi illik hazırlığımız, planlarımız var. Amma mən həmişə futbolçularıma arxayın olmuşam. Onlara rəqibi tanıtdıqda, çox diqqət və istəklə bunu qarşılayırlar. Futbolçularımla birlikdə daha bərk, daha möhkəm olub, xarakter göstərərək "Viktoriya"ya qarşı yaxşı oyun göstərəcəyik. Baş məşqçinin müsahibələrindən görünür ki, sistemdə bəlkə dəyişiklik edib, fərqli oyun göstərdilər. "Viiktoriya" meydanboyu oynamağı xoşlayan komandadır. Futbolçuların meydanda oyunun gedişatında düzgün düşünməsi, düzgün hiss etməsi, bizim qələbəmizdə böyük rol oynayacaq. Bunu etsələr, yaxşı nəticə əldə edə biləcəyik. "Viktoriya"dan istənilən an təhlükəli vəziyyət gözləmək olar. Əks-hücumları və standart vəziyyətləri təhlükəlidir. Bundan da istifadə etməyi bacarırlar. Altı oyunda 15 qol vurublar, 8-ni oyun epizodundan, 7-ni standart vəziyyətlərdən. Bu komandaya qarşı elə edəcəyik ki, bizim zonamızda az olsunlar ki, standart vəziyyətlər də çox olmasın. Detallar var, onları burada açıqlamaq düzgün olmaz.
- Siz oynayan vaxt da isti hava üstünlüyümüz idi?
- Hamımız bilirik ki, təbiətdə pis hava olmur. İnanın ki, Bakının istisi mənə həmişə xoşdur. Ümumiyyətlə, təkcə oyunda yox, isti havada mövsümboyu məşq etmək bizdən əlavə enerji alır. Avropa futbolunun üstünlüyü də iqlimidir. Az müddətdə isti havada hazırlaşırlar. İstər-istəməz isti havada istədiyimiz sürət olmur. Bu da hər bir futbolçu üçün geriyə addım deməkdir. Avropa ilə müqayisədə belədir. O ki qaldı istinin təsirinə, digər komandalar daha hazırlıqlı gəlirlər, nəinki biz. Dediyim iqlim şəraitində hazırlaşırlar və futbolçularına yükləmə verə bilirlər. Rəqiblər 1-2 günlük istiyə daha hazırlıqlı olurlar. İsti havada hazırlıqlı olmayan futbolçu üçün daha təsirli olur. Müəyyən addımlar atırıq ki, məşqlərimizi gec saatlarda edək. Bizə əlavə güc verən azarkeşlərimiz var. Yorğunluğu onların köməkliyi ilə aradan qaldırırıq.
- İlk oyunun Bakıda keçirilməsinin hansı üstünlüyü ola bilər?
- Futbol elə səviyyəyə gəlib ki, artıq ev-səfər amili yoxdur. Futbolçuların təcrübələri artıb. Üstünlük odur ki, öz meydanında oynadığın zaman azarkeşlər səni dəstəkləyir. İlk oyunun üstünlüyü rəqibi daha yaxından tanımaqdır. Son vaxtlar ilk görüşün harada keçirilməsinə önəm vermirik. Çünki istənilən halda hər iki matçda rəqibə qarşı hazırlaşmalısan. Bu mövsümdəki nəticələr də göstərir ki, birinci görüşün Bakıda baş tutması bizim üçün faydalı olub. Yalnız xırda detallarla fərqlənir.
- Biletlərlə bağlı azarkeşləri müəyyən narazılığı var. Onların könlünü necə almağı düşünürsünüz?
- Azərbaycanda futbola maraq artıb. Bu maraq sevindiricidir. Azərbaycanda azarkeşlər var, bizdə futbolu sevirlər. Sadəcə onları küsdürmək olmaz. Bizim əlimizə futbolumuzu inkişaf etdirmək üçün şans düşübsə, bundan maksimum istifadə etməliyik. İşimizi elə qurmalıyıq ki, azarkeşlərin futbola sevgisi davam etsin. Bu epizodlara görə onları ancaq alqışlayıram. Özümün və komandamın adından təşəkkür edirəm. Mən narazılıq deməzdim, ürəkdən gələn bir şeydir. Çox istərdim ki, onların hamısı stadionda olsun. 30 min azarkeş stadionda baxırsa, digərləri restoranlarda, monitorlarda, evlərində izləyirlər. Mən bunu da canlı izləmək hesab edirəm. İnşallah, gələcəkdə çempionatımız yaxşı səviyyəyə gəlib çıxar və daxili birincilikdə də azarkeşlərimiz çox olar. Əgər klub tərəfindən hər hansı bir çatışmazlıq olubsa, üzürlü saysınlar. İmkanım olsa, bütün futbolçuları meydana buraxardım. Hamısı çox yaxşı hazırlaşır. Eləcə də 30 mindən artıq azarkeşin oyuna gələ bilməməsinə üzülürəm. Futbolumuzun sevilməsi, inkişafı üçün bu hallar təkan olacaq.
- "Qarabağ" 6 oyunda 14 qol vurub, amma az da qol buraxmayıb. Müdafiə xətti narahatlıq doğurur. Sanki stabillik çatmır. Qarşıda qrup mərhələsi gəlir. Müdafiə xətti ilə bağlı nə düşünürsünüz? Transferlər olacaq? Bu müdafiə ilə nəhəng komandalara qarşı nəyə ümid edə bilərik?
- Biz az qol buraxaq, amma daha çox qol vurub qalib gələk. Futbolda çox hücumda olursansa, mütləq müdafiəndə boşluqlar görünür. Amma inan ki, bu gün top komandalar belə boşluqlar verir. Son vaxtlarda göstərdiyimiz oyun bu cür qolların buraxılmasında rolu daha böyükdür. Biz çox qapanmaq istəmirik. Çalışırıq ki, oyunu rəqib meydanında quraq. Çox vacib olan stabil nəticədir. Oyunda istənilən futbolçu texniki səhv edir. Futbolçulardan, müdafiə xəttindən razıyam. Məni narahat edən hər bir xətdə texniki səhvlərdir. Bu da qaçılmazdır. Amma onların mübarizəsi, qarşısındakı hücumçudan çəkinməməsi məni sevindirir. Mən bu gün müdafiəçilərdən razıyam. Bu gün komandaya müdafiəçi götürmək fikrim yoxdur. Çempionlar Liqasında oynasaq da, orada oynamaq bu müdafiəçilərin haqqıdır. Onlarin titullu komandalara qarşı oynaması millimiz üçün də faydalıdır. Amma bütün yerlərimizi legionerlərlə tamamlasaq, bizim futbolçular da kənarda qalsa...Onların bu dəqiqə inkişaf vaxtıdır. Bəhlul Mustafazadənin Avropada neçə oyunu var? Nəyisə bəzən qurban verməliyik ki, onları əldə edək. Onlardan razıyam. Daha yaxşı oynayacağından şübhə etmirəm.
- Bu gün hamı "Qarabağ"ın Çempionlar Liqasının qrupuna düşməsini gözləyir. Bu, sizin üçün psixoloji təzyiq yaratmır ki?
- Hiss edirəm ki, insanlar Çempionlar Liqasının qrupuna düşməyimiz üçün arzu və dua edirlər. Bu, mənə və futbolçularıma böyük məsuliyyət verir. Futbolçular da bilir. Hamımız gözləyirik. Bu, məni həyəcanlı və məsuliyyətli edir. Bir az həyəcan varsa, demək ki, məsuliyyətdir. Allah qoysa, inanıram ki, hamımız birlikdə sevinmək üçün hər şeyi edəcəyik. Allah qismət etsə, bunu əldə edəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
-
01:24
Dünya çempionatları tarixində 6-cı ən gənc futbolçu oldu
-
01:03
DÇ-2026 start götürdü: 2 qol, 3 qırmızı vərəqə, Meksikanın qələbəsi
-
00:19
DÇ-2026: İlk qırmızı vərəqə göstərildi
-
23:58
Klublara lisenziyalar təqdim olunub
-
23:42
CAR millisinin baş məşqçisi dünya çempionatlarının tarixinə necə düşdü?
-
23:27
DÇ-2026-nın açılışı FOTOLENT
-
23:15
DÇ-2026-nın ilk qolu vuruldu
-
23:04
Meksika millisinin qapıçısı tarixə düşdü
-
21:23
“Sumqayıt”ın müdafiəçisi beynəlxalq turnirin qalibi oldu
-
20:00
“Lill”in vingeri Bakı klubunda
-
19:37
Qurban Qurbanovla görüşmək arzusunda olan azarkeşin istəyi reallaşdı
-
19:16
Amin Seydiyev “Zirə”yə keçdi
-
18:52
Millilərimizin rəqibləri müəyyənləşdi
-
18:09
"Qarabağ"ın İdarə Heyətinin iclası keçirilib
-
17:38
“Şamaxı” “Sumqayıt”ın müdafiəçisini icarəyə götürdü
-
17:25
Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb
-
16:41
"Karvan-Yevlax" daha iki futbolçu ilə yolları ayırıb
-
15:54
Xəyal Əliyev əməliyyat olundu
-
15:13
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
-
15:00
Millimiz FİFA reytinqində gerilədi
-
14:37
"Barselona"dan hücumçu transferi
-
14:22
Azərbaycan yığması Avropa çempionatında mübarizə aparacaq
-
13:16
Pedro Bikalyo daha üç il "Qarabağ"da
-
12:49
Almaniya klubundan yeni transfer
-
12:05
Ağırlıqqaldırma Federasiyası daha iki məktəbi avadanlıqla təmin edib
-
11:38
"Zirə"də beş yeni müqavilə - RƏSMİ
-
11:24
Samir Ələkbərov I Liqa klubunun baş məşqçisi oldu
-
10:51
“Qarabağ” beynəlxalq turnirdə iştirak edəcək
-
10:13
Lənkəranda güləş festivalı keçirilib
-
09:47
Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
-
22:15
Ozobiç "Turan Tovuz"dan ayrıldı
-
21:09
"Şamaxı" heyətini müdafiəçi ilə gücləndirdi
-
19:44
"Turan Tovuz"un formasını geyinmək mənim üçün şərəf idi"
-
18:53
DÇ-2026: Türkiyə millisinin ilk oyunu venesuelalı hakimə tapşırıldı
-
18:21
“Mançester Yunayted” onlarla vidalaşdı
-
17:37
"Şəfa"da daha üç ayrılıq
-
17:16
“Qarabağ”ın istirahəti başa çatdı FOTOLENT
-
17:00
Beş azərbaycanlı yelkənçi Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq
-
16:45
“Şəfa”, yoxdur səndə vəfa...
-
16:28
Tələbə Basketbol Liqasının mükafatçıları məlum olub
-
16:02
MPK rəhbərliyi beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüşüb
-
15:39
Azərbaycan yığması Avropa çempionatında 8 medal qazanıb
-
15:14
Daha iki legioner "Karvan-Yevlax"dan getdi
-
14:51
“Bizim “qabımızda” var, sadəcə inanmaq və bu sahəni bilənlərə şans vermək lazımdır”
-
14:23
8 şahmatçımız Batumidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək
-
14:07
Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
-
13:46
Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
-
13:30
"Şəfa"dan daha bir transfer
-
13:15
Futzal millimizin yer aldığı səbət bəlli olub
-
12:58
"Qəbələ" legioneri ilə yolları ayırdı
12.06.2026
11.06.2026
10.06.2026























