Ölkə futbolu
Regekampf: “Əminliklə deyə bilərəm ki, “Neftçi”nin bundan da artıq gücü var”
“Bizim üçün yaxşı oyun oldu. Bu oyun üçün bir az narahat idim. Çünki Avstriyadakı matçın ardından Bakıya qayıtmışdıq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 2-ci turunda “Kəpəz” üzərində 5:2 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Rumıniyalı mütəxəssis matçın ardından mətbuat konfransında komandasından razılıq bildirib: “Komandam orada 120 dəqiqə mübarizə apardı, üzərlərində böyük təzyiq var idi. Hamılıqla oradakı nəticədən üzgün idik. Ona görə də bu gün qələbə qazanmağımıza çox sevinirəm. Komandamda görmək istədiyim epizodları gördüm. Amma əminliklə deyə bilərəm ki, “Neftçi”nin bundan da artıq gücü var. Komandam daha aqressiv olsun və əldə etdiyimiz epizodları bacardığımız qədər qola çevirək”.
- İlk turda “Şamaxı” önünə əvəzedici heyətlə çıxmışdınız. Bu gün əsas heyəti meydana buraxmaqla “Rapid”ə məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyirdiniz?
- Xeyr, mən bunu “Neftçi”yə və nəticələrə görə eləmişəm. “Şamaxı” ilə oyun ərəfəsində Konfrans Liqasında mərhələ adlamaq üçün şansımız var idi. Növbəti mərhələyə adlasaydıq, bu gün də ilk turda atdığım addımı atacaqdım. Konfrans Liqasında mübarizəni dayandırdığımız üçün əvəzedici heyətlə meydana çıxmaq üçün heç bir səbəb yox idi.
- Deyəsən “Rapid”lə oyunu hələ də unuda bilməmisiniz...
- Onu unutmaq asan deyil. Çünki həmin turnirdə irəliləmək üçün böyük şansımız var idi. Bundan ötrü gərgin işləyirdik. Bunu unutmamalı, nəticə çıxarmalıyıq ki, daha güclü olaq. Sadəcə, komandamı total, aqressiv, hücumameyilli futbol oyayan kimi görüm. Çünki bizdə həmin şəkildə oynamağı bacaran keyfiyyət var.
- Dediniz ki, bəzi epizodlarda istədiyim komandanı gördüm. Ola bilərmi ki, “Kəpəz”in səviyyəsi sizə bu imkanı verdi?
- Mən belə düşünmürəm. Bəzi epizodlardan məmnun qaldım. Çünki futbolçular oyunu ciddi qəbul eləmişdilər. Yüz faiz kökləndikləri epizodlarda mükəmməl kombinasiyalar yaradırdılar. Aqressiv idilər, daha çox qol vura bilərdilər. Bunu bir neçə epizodda deyil, 90 dəqiqə ərzində görmək istəyirəm. Bütün oyunboyu belə olmaya bilərsən. Çünki rəqib güclü ola bilər. Biz daha da inkişaf etmək istəyirik.
- Rəhman Hacıyevi sonradan meydana buraxsanız da, ardından əvəzlədiniz. Bu dəyişiklik futbolçu ilə aranızda hansısa konfliktdən xəbər vermir?
- Xeyr. Rəhman oyunundan narazı olmalıdır. Çünki onun günü deyildi. Amma mənim üçün Rəhman keyfiyyətli futbolçudur. Sürətindən, texniki bacarığından yararlanmalıdır ki, komandaya xeyri dəysin. Emin Mahmudov və Rəhman Hacıyevi daha çox meydanda saxlamağa qərar verdim. Çünki Yeqor Boqomolski hələ tam hazır deyil. Ona hücumçu kimi oynamasını deməmişdim. Amma texniki bacarıqları olduğu üçün irəlidə çıxış etdi. Onunla heç bir konfliktim yoxdur. Sevinirəm ki, oyunundan narazı qaldı. Əminəm ki, gələn matçda daha yaxşı olacaq.
- Yeni transfer Vato Arveladzenin çıxışı barədə nə deyə bilərsiniz?
- Vato yaxşı oyunçudur, bizə çox köməyi dəyəcək. Cəim bir həftədir bizimlədir. Hələ tam hazır deyil ki, istədiyimiz oyunu göstərə bilsin. Ehtiyatlı davranmalıyıq ki, oyunçular zədələnməsin. Adaptasiya üçün ona daha çox vaxt lazımdır(apasport.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























