2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

"Şamaxı"nın baş məşqçisi: “Bizə vaxt lazımdır”

“Qəbələyə uzaq yol gələn azarkeşlərimizə təşəkkür edirəm. Azərbaycan futbolunda özünəməxsus yeri olan “Qəbələ”yə qarşı oynadıq. Onların oturuşmuş kollektivi, bizim isə gənc heyətimiz var. Bunu hər dəfə qeyd edirəm. Sadəcə olaraq, bizə vaxt lazımdır. İkinci yarıda istədiyimizə hardasa nail ola bildik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 2-ci turunda səfərdə "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: "Hədəfimiz hamıya bəllidir. Rəhbərliyin qarşımıza qoyduğu məqsəd odur ki, gənc futbolçuların oynamasına şərait yaradıb, onları inkişaf etdirək. Hazırda hesab bizim üçün o qədər də önəmli deyil. Buna baxmayaraq, məğlubiyyətin acısını çəkirik. Ani diqqətsizlikdən sonra "Qəbələ" ilk 20 dəqiqədə üç qol vurdu. Bu komandada zəngin təcrübəyə malik yerli və legioner futbolçular var. Onlar da şanslardan istifadə etdilər".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31