2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

Mahmud Qurbanov: "Müdafiəni yarmaqda problemlərimiz göründü"

"İlk qələbəmizi qazanmaq istəyirdik. Oyuna heç də pis başlamamışdıq. İkinci hissədə rəqibin bir əks-hücumu qolla nəticələndi. Futboldur, hərə bir oyun sistemi seçir. Müdafiədə daha diqqətli idilər, daha çox idilər. Müdafiəni yarmaqda problemlərimiz göründü. Qarşıdakı oyunlara baxacağıq. Çalışacağıq ki, xallar qazanaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, hakim idarəçiliyi ilə bağlı elə bir iradının olmadığını bildirib: "Oyun zamanı olur, bəzi epizodlar mübahisəli idi. Düşünürəm ki, orada fərqli qərarlar qəbul etmək lazım idi. Hakimlər də səhv edir". 

Mütəxəssis "Turan Tovuz"un yaxşı müdafiə olduğunu vurğulayıb: "Biz də istədiyimiz oyunu oynaya bilmədik. Əsas da cinahlarımız fəal deyildi".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31