2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

“Qarabağ” - "Viktoriya” oyununun biletləri satışa çıxır

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya” (Çexiya) ilə ev oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, sözügedən matçın biletləri sabah - avqustun 14-ü saat 11:00-dan satışa çıxarılacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).

"28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk görüş avqustun 17-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq. Cavab görüşü isə avqustun 23-ü Çexiyada  oynanılacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31