12 Iyul 2025, Şənbə
"Qarabağ"dan növbəti transfer
“Sumqayıt” Yankoviçi transfer etdi
“Sumqayıt” legioneri ilə vidalaşdı
“Adanaspor”un müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

Tovuzda Premyer Liqa rekordu

Azərbaycan Premyer Liqasının I turunun “Turan Tovuz” - “Qəbələ” görüşünü 5500 tamaşaçı izləyib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Azərbaycan çempionatının oyununda belə çox azarkeşə sonuncu dəfə təxminən 3 il əvvəl təsadüf olunub.

2019/20 mövsümünün IV turunda “Qarabağ”la “Neftçi” arasında qarşılaşmanı 7000 seyrçi izləyib. 2019-cu il sentyabrın 15-də keçirilən Azərbaycan derbisində Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan həmin görüşdən 1058 gün sonra Premyer Liqada tamaşaçı sayı ilk dəfə 5 mini keçib.

Bu müddətdə 2019/20 mövsümü 20 turdan sonra dayandırılıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib. 2021/22 mövsümü və 2019/20 mövsümünün keçirilən son 16 turunda belə göstərici qeydə alınmayıb.

Ümumilikdə isə I turu 10600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur. 2019/20 mövsümünün IV turunun 4 qarşılaşmasında 9800, orta hesabla 2450 seyrçi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31