12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Qarabağ” - “Lex” oyunu Çempionlar Liqasında birinci oldu

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, 15 oyunu ümumilikdə 95 min 262 tamaşaçı izləyib.

Bakıda keçirilən “Qarabağ” - “Lex” (5:1) matçı bu göstəricidə birincidir. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşü 27 min 652 fanat tribunadan izləyib.

“Dinamo” (Batumi, Gürcüstan) - “Slovan” (Slovakiya) matçı (20 min 22 tamaşaçı) 2-ci, “Ferensvaroş” (Macarıstan) -“Tobol” (Qazaxıstan) görüşü (17 min 347) 3-cü sıradadır. Digər qarşılaşmaların hər birində isə azarkeş sayı 10 mindən az olub.

Qeyd edək ki, Poznanda keçirilən “Lex” - “Qarabağ” oyunu da ilk matçlar arasında ən çox tamaşaçı toplayan görüş olmuşdu (25 min 118).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30