26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

"Qarabağ" Azərbaycanın reytinqini artırdı

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ötən gecə keçirilən cavab oyunlarından sonra UEFA-nın reytinq siyahısında dəyişikliklər olub.

Futbolxeber.az saytının məlumatına görə, "Qarabağ" Bakıda Polşa "Lex"ini məğlub etməklə (5:1) ölkəmizin aktivinə 0,250 xal yazdırıb.

Azərbaycan son 5 mövsüm üzrə xal sayını 12,875-ə çatdırsa da, 29-cu pillədə qalıb. 

Reytinq siyahısında dəyişikliklər aşağı pillələrdə baş verib. Lüksemburq 8,500 xalla 35-ci pilləyə yüksəlib. Hərəyə 8,375 xalı olan Finlandiya ilə Bosniya və Herseqovina 36-37-ci yerləri bölüşür. Xalını 8,125-ə çatdıran Litva 39-cu mövqeyə irəliləyib. Cəbəllütariq (5.541) 48-ci, İslandiya (5.416) 49-cu pilləyə irəliləyibsə, Uels (5.333) 50-ci mövqeyə düşüb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30