15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Ölkə futbolu

“Ən yüksək reytinqə malik komanda “Qarabağ” idi, o da bizə rəqib oldu”

“Doqquzqat Azərbaycan çempionu, yeddi dəfə ölkə kubokunun qalibi püşkatmanın üçüncü qrup səbətində ən yüksək reytinqə malik komanda idi ki, o da bizə rəqib oldu”. 

Futbolxeber.az-ın məlumatına görə, bu sözlər Polşa çempionu “Lex”in saytında dərc olunmuş yazıdan götürülüb. 

Bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən, “Lex” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olub.

Yazıda bildirilir ki, heç şübhəsiz, “Lex”in qarşısında çətin vəzifə durur: “Axı, komandanı Avropa meydanlarında təcrübəsi olan rəqiblə oyun gözləyir. Onlar demək olar ki, hər il qrup mərhələsində çıxış edirlər. Ötən mövsüm komanda Konfrans Liqasının H qrupundan ikinci yeri tutmuşdu. Yalnız “Bazel” qrupda “Qarabağ”dan güclü oldu. Pley-offda isə Azərbaycan təmsilçisi “Olimpik Marsel”ə uduzaraq mübarizəni dayandırdı”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30