3 Iyul 2026, Cümə
“Qarabağ”dan bu yayın 7-ci transferi
DÇ-2026: 1/8 finalın 6 cürü məlumdur
Millimiz Lüksemburqa qalib gəldi
“Neftçi” “ÇFR Kluj”a məğlub oldu

Ölkə futbolu

“Qəbələ”də 3 yeni müqavilə imzalandı

“Qəbələ” daha üç futbolçusu ilə müqavilə müddətini uzadıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Asif Məmmədov, Murad Musayev və Ürfan Abbasovla anlaşmalar yenilənib. Futbolçularla imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Sözləşmələri 2021-2022-ci illər mövsümünün sonunda başa çatan oyunçular 2022-2023-cü illər mövsümündə də “qırmızı-qara” formanı geyinəcək. 

Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 203 (4 qol), Məmmədov 152 (13 qol), Musayev 60 (2 qol) oyun keçirib.

Xatırladaq ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana və Yaovi Akakpo ilə anlaşmanı bir il müddətinə uzadıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31