12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Millimizin ilkin heyəti açıqlandı

UEFA Millətlər Liqasındakı oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakıda təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, yığmamızın iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlar üçün hələlik 15 futbolçuya dəvət göndərilib.

Azərbaycan kubokunun mayın 27-də keçiriləcək "Qarabağ" - "Zirə" final matçı ilə bağlı bu komandanın futbolçuları ilkin hazırlıq prosesinə çağırılmayıblar.

Qapıçılar: Səlahət Ağayev ("Sabah"), Emil Balayev ("Turan", Qazaxıstan), Rəşad Əzizli ("Səbail")

Müdafiəçilər: Höccət Haqverdi, ("Sumqayıt"), Anton Krivotsyuk ("Visla", Polşa), Azər Salahlı ("Neftçi"), Bəxtiyar Həsənalızadə ("Sabah")

Yarımmüdafiəçilər: Eddi İstafilov, Emin Mahmudov (hər ikisi "Neftçi"), Aleksey İsayev ("Sabah"), Anatoli Nuriyev ("Sumqayıt"), Dmitri Nazarov ("Aue", Almaniya), Namik Ələskərov ("Bursaspor", Türkiyə)

Hücumçular: Renat Dadaşov ("Tondela", Portuqaliya), Mahir Emreli ("Dinamo" Zaqreb, Xorvatiya)

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30