5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Ölkə futbolu

"Qəbələ"də yubileylər

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Şamaxı” ilə səfər oyunu “Qəbələ”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, Rafael Utziq və Stefan Vukçeviç çempionatda 50-ci dəfə meydana çıxıb. Hər iki legioner “qırmızı-qaralar”ın heyətində ötən mövsüm debüt edib. Premyer Liqada yalnız bir klubun formasını geyinməklə “100”ü yarılayan oyunçular həm ötən mövsümdə, həm cari çempionatda eyni sayda - 25 dəfə şans qazanıb.

Yubiley matçında 90 dəqiqə meydanda olan Utziq Premyer Liqadakı 50 qarşılaşmada 11 qol vurub. O, 2020/21 mövsümündə 5, 2021/22 mövsümündə 6 dəfə rəqib qapısına yol tapıb. Şamaxıdakı görüşün 57-ci dəqiqəsində meydana daxil olan Vukçeviç yeganə qoluna ötən mövsümdə imza atıb.

Xatırladaq ki, 27-ci turun oyununadək 30 futbolçu “Qəbələ”nin heyətində Premyer Liqada 50 və ya daha çox matç keçirmişdi. Utziq bu siyahıda 31-ci, Vukçeviç 32-ci olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31